Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

BMT eksperti QHT-lərin seçkilərə buraxılmamasına etiraz edir


Səs: Real audio
BMT baş katibinin xüsusi nümayəndəsi Hina Cilani bu məsələni Azərbaycan hökuməti qarşısında qaldıracaqlarını bildirir «Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı həmişə öz narahatlığımı bildirmişəm».



Bakıda səfərdə olan BMT baş katibinin hüquq müdafiəçilərinin işi üzrə xüsusi nümayəndəsi Hina Cilani sentyabrın 7-də keçirilən beynəlxalq konfransda belə dedi. O, 30 faiz xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının seçkidə müşahidəçiliyə buraxılmamasına da etiraz edir: «Bu, düzgün deyil». Xanım Cilani bu məsələni Azərbaycan hökuməti qarşısında qaldıracaqlarını bildirir.



Milli Məclisin Hüquq Komissiyasının sədri Əli Hüseynov isə deyir ki, xaricdən maliyyələşən QHT-lərin seçkidə müşahidəçilik məsələsi müzakirə olunmayacaq: «Düşünmürəm ki, bu məsələ seçki üçün böyük əhəmiyyət kəsb edir».



Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin koordinatoru İlqar İbrahimli 2003-cü il prezident seçkisindən sonra həbs olunduğunu, indi də ara-sıra problemlərlə qarşılaşdığını deyir.



Hüquq müdafiəçisi Səidə Qocamanlı əvvəlki illərlə müqayisədə təzyiqlərin nisbətən azaldığını söyləyir.



İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Rəhim Rəhimov isə Azərbaycanda insan haqlarının hazırda daha yaxşı qorunduğunu deyir.



Konfransa qatılmaq üçün Keniya və Uqandadan gələn hüquq müdafiəçiləri 10 saat Binə hava limanında saxlanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG