Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39
Rubrikalar

"Qışda qaz olsun, yayda da su"


Səs: Real audio
600 min hektardan artıq torpaq yararsız haldadır "1001 Seçici" rubrikasının iştirakçıları bu dəfə tibb sahəsində çalışan xanımlardır – tibb bacısı Fatma Qəmbərova və Ailə və Sağlamlıq Mərkəzinin həkimi Yeganə Vəliyeva.



Yeganə Vəliyeva: "Birincisi, biz çox istərdik ki, parlament seçkiləri demokratik keçirilsin. Yəni, deputatlar xalqın istəyi ilə seçilsin. O deputatlar ki, irəyi ilə, canı ilə insanlarımız üçün yansınlar. Daxilən vətəndaş olsunlar, əsl vətənpərvər insanlar olsunlar. Öz mənafeləri deyil, insanların, xalqın mənafeyini düşünsünlər. Çox deputatlar var ki, seçilirlər, sonra isə vətəndaşlar, onların çətinlikləri yadlarından çıxır. İnsanlar aylarla o deputatların arxasınca sürünür ki, onların qəbuluna düşsünlər, öz problemləri ilə bölüşsünlər".



Fatma Qəmbərova: "Mən də Yeganə xanımın dediklərini təsdiq edirəm. Əlbəttə, mən də istərdim ki, yaxşı olsun".



Bir müddət əvvəl Bakı büromuzda iştirak edən seçicilər deyirdilər ki, əslində, parlament qaz, su, işıq problemləri ilə məşğul olmamalıdır. Amma tibb sahəsində çalışan xanımlar bunun əksini düşünürlər.



Yeganə Vəliyeva: "Parlament nə üçün çalışır? Məgər, sağlam gələcək üçün çalışmır?... Xalq gəlib evə girən kimi problemlər başının üstünə tökülür – işıq kəsilib, burdan televizor, ordan soyuducu sıradan çıxıb. Girirsən evə, ev soyuqdur, buz kimi... Bunların hamısı əhali arasında narazılığa səbəb olur. Bu gün biz fikirləşirik ki, hə, yenə mitinqlər başladı, filan. Müxalifətin əlinə bu kozırı verən kimdir? Elə vəzifə başında oturan adamlardı da. Sən bu xalqın güzaranını, rifahını yaxşılaşdır, görüm, sabah kim çıxacaq o meydana.. Birinci, elə məişət problemlərindən başlamaq lazımdır".



Fatma Qəmbərova: "Mən də istərdim ki, qışda qaz olsun, yayda da su. Bizdə əsas bu problemdir ".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG