Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56

Yeni elektron tərcümə proqramı hazırlanıb


Səs: Real audio
600 min hektardan artıq torpaq yararsız haldadır Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları rusca-azərbaycanca elektron tərcümə proqramı hazırladıqlarını deyirlər.



Bu proqram elmin bütün sahələri üzrə rusca mətnləri Azərbaycan dilinə tərcümə edir. Yeni lüğət bazaları əlavə edildikdən sonra digər dillərdən də tərcümə mümkün olacaq.



Sözü gedən elektron tərcümə proqramı barədə daha ətraflı məlumatı Riyaziyyat və Mexanika İnstitutunun hesablama riyaziyyatı və informatika şöbəsinin rəhbəri Fariz İmranovdan eşidək.



- Bu proqram konkret olaraq rus dilində yazılmış mətnləri Azərbaycan dilinə tərcümə etmək üçündür. Proqram "Delfi" mühitində işləyir. "Delfi" dünya miqyasında tanınmış proqram dilidir. Biz proqramı məhz həmin proqramlaşdırma dilində tərtib etmişik ki, kompüterlərin, proqram təminatının yeniləşməsi olanda biz geridə qalmayaq. Bu proqramı istifadə etmək üçün əlavə heç bir bacarıq, bilik tələb olunmur. Proqram açılır, ekranda görünür, rus dilində olan mətni bir səhifədə yerləşdiririk, müvafiq düyməni basandan sonra bu mətn Azərbaycan dilinə tərcümə olunur. İstədiyiniz əlavələri, dəyişiklikləri bilavasitə orda da etmək olar və ya mətni "Word"ə keçirməklə redaktə etmək olar.



- Fariz müəllim, yaxın gələcəkdə proqrama digər xarici dillərin də əlavə edilməsi nəzərdə tutulubmu?



- Biz proqramın alqoritmini, strukturunu quranda nəzərə almışıq ki, bir dildən başqa dilə tərcümə mümkün olsun. Hər şey lüğət bazalarının olmasından asılıdır. Biz bu gün rus dilinin üzərində ona görə işləyirik ki, bu dillə bağlı problemimiz yoxdur. Əgər bizim ingilis dilini qrammatik baxımdan kifayət qədər yüksək səviyyədə bilən əməkdaşımız olsa, qısa bir zamanda həmin dili də proqrama əlavə etmək mümkündür. Sadəcə, həmin dili güclü bilmədiyimizə görə bu işlə məşğul olmuruq, proqramda yerləşdirmək baxımından heç bir problem yoxdur.



- Bu proqramı necə əldə etmək olar?



- Proqramın kütləvi yayılması üçün biz onu öz tanışlarımıza paylayırıq ki, onlar da başqalarına çatdırsınlar. Kim maraq göstərirsə, biz təqdim etməyə hazırıq.



- Bunun üçün hər hansı bir ödəniş tələb olunurmu?



- Heç bir ödəniş tələb olunmur. Kim istəyirsə, gəlib bizdən ala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG