Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Gənc hüquqşünasların Bakı konfransı


Səs: Real audio
600 min hektardan artıq torpaq yararsız haldadır Sentyabrın 10-da Gənc Hüquqşünasların 1-ci Beynəlxalq Bakı Konfransına start veriləcək. Konfransın təşkilatçıları Beynəlxalq Gənc Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyidir.



Konfransın məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasların peşə problemlərini, perspektivləri, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etmək, həmçinin müxtəlif ölkələrin gənc hüquqşünasları arasında əlaqələrin yaradılmasıdır.



Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov deyir ki, konfransa Beynəlxalq Gənc Hüquqşünaslar Assosiasiyasının hazırki və gələcək prezidenti də qoşulacaq. Konfrans ictimaiyyət üçün də açıq olacaq.



- Açılış mərasimi “Crescent Beach” otelində saat 9.30-da başlayacaq. Arzu edən şəxslər istənilən sessiyaya gələ bilərlər. Konfrans ictimaiyyətin üzünə açıqdır.



Nadir Adilovun sözlərinə görə, konfransda yerli gənc hüquqşünaslarla yanaşı Amerika, Belçika, Braziliya, İtaliya, Türkiyə, MDB və digər ölkələrin hüquqşünasları da qatılacaq. Ümumilikdə, konfransın işində 50 nəfər gənc hüquqşünasın iştirakı nəzərdə tutulub. Açılış mərasimindən sonra iştirakçılar 5 qrupa bölünəcək və onlar yerli və xaricdən gəlmiş təcrübəli hüquqşünaslarla 3 gün ərzində müxtəlif mövzularda müzakirələr aparacaqlar.



Gənc Hüquqşünasların 1-ci Beynəlxalq Bakı Konfransı MDB-də ilk dəfə Bakı şəhərində keçirilir.
XS
SM
MD
LG