Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:49

Ayaz Mütəllibovun namizədlik toxunulmazlığı ləğv olundu


Səs: Real audio
Buna səbəb Baş prokuror Zakir Qaralovun toxunulmazlıq hüququnu ləğv etməsi barədə qərarının işdə olmamasıdır Respublika baş prokuroru deputatlığa namizəd – eks-prezident Ayaz Mütəllibov haqqında həbs qətimkan tədbirinin icrası barədə DİN-ə müvafiq tapşırıq verib.



Baş Prokurorluğun əmri ilə sentyabrın 6-dan namizədliyi qeydə alınmış Ayaz Mütəllibovun toxunulmazlıq təminatı aradan götürülüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.



Eks-prezidentin özü isə bildirir ki, prokurorluğun MSK-nın razılığı olmadan hər hansı namizədə qarşı belə qərar çıxarıb onu icra etmək səlahiyyəti yoxdur.



Ayaz Mütəllibov paytaxtın 17 saylı üçüncü Yasamal seçki dairəsindən deputatlığa namizəddir. O, 20 Yanvar hadisələri və Xocalı faciəsində təqsirli bilinir.
XS
SM
MD
LG