Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

İrandan vəba təhlükəsi


Səs: Real audio
Buna səbəb Baş prokuror Zakir Qaralovun toxunulmazlıq hüququnu ləğv etməsi barədə qərarının işdə olmamasıdır Azərbaycanın cənub regionları İranda vəba xəstəliyinin artmasından narahatdır. İranda vəba xəstələrinin sayı mini keçib. Artıq 11 adam ölüb. Ən çox xəstə Tehrandadır – 156 nəfər.



Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Nadir Eyvazovun verdiyi məlumata görə, İranda vəba xəstəliyinin yayılmasıyla bağlı Ümumdünya Səhiyyə Təşkilatından məlumat daxil olan kimi tədbirlərə başlanılıb.



Onun dediyinə görə, respublikanın baş sanitar həkimi Abbas Vəlibəyovun avqustun 22-də imzaladığı 94 saylı əmrə əsasən, respublikanın bütün şəhər və bölgələrində vəbaya qarşı əks-epidemik tədbirlər görülür. Bundan başqa, Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb. Müxtəlif bölgələrə ezam olunan mütəxəssislər topladıqları məlumatları hər gün həmin qərargaha çatdırırlar.



Nadir Eyvazov deyir ki, iki həftə ərzində İrandan Azərbaycana vəba xəstəliyinin keçməsinin qarşısı tamamilə alınıb.



"Mən sizə birmənalı şəkildə deyirəm ki, bu günə qədər Azərbaycanın heç bir yaşayış məntəqəsində vəbaya yoluxma halı qeydə alınmayıb".



Amma Bakı şəhər Dezinfeksiya Stansiyasından “Azadlıq” radiosuna verilən məlumata görə, sentyabrın 5-i gecəsi Lökbatan qəsəbəsindən vəbaya yoluxmuş iki uşaq Bakıdakı 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib. Onların aşkarlandığı ünvanlar isə dərhal dezinfeksiya olunub.



Bizimlə söhbət edən Stansiya mütəxəssisinin sözlərinə görə, həmin uşaqlar xəstəxanaya başqa diaqnozla gətirilsələr də, sonradan onların vəbaya yoluxduqları aşkarlanıb. Həmsöhbətim deyir ki, həmin xəstələrin vəbaya necə yoluxması isə hələlik müəyyən edilməyib.



2 saylı Klinik Uşaq Xəstəxanasının infeksion şöbəsindən Lökbatandan şöbəyə uşaq yerləşdirildiyini təsdiqləsələr də, onlarda vəba əlamətlərinin aşkarlanmasını təkzib etdilər.



Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı Mehdi Mehdiyev deyir ki, vəbaya yoluxmamaq üçün əhali qaynadılmış su içməli, yuyulmamış meyvə-tərəvəzdən istifadə etməməlidir. Ümumiyyətlə, sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır.



Vəba əsasən insanlar arasında yayılan yoluxucu xəstəliklərdən biridir. O, insan orqanizmində duz-su mübadiləsini pozur və bununla da orqanizm mayeni sürətlə itirməyə başlayır. Xəstəliyin əlamətləri aşkarlanan kimi dərhal həkimə müraciət olunmalıdır ki, ciddi fəsadlar törətməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG