Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

Rəsul Quliyevlə bağlı məhkəmə təxirə salındı


Səs: Real audio
Buna səbəb Baş prokuror Zakir Qaralovun toxunulmazlıq hüququnu ləğv etməsi barədə qərarının işdə olmamasıdır Sentyabrın 6-da Səbayel Rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə APD sədri, eks-spiker, deputatlığa namizəd Rəsul Quliyev barəsində 2000-ci il oktyabrın 10-da çıxarılmış həbs qəti-imkan tədbirinin dəyişdirilməsi və onun toxunulmazlıq hüququnun bərpa edilməsi ilə bağlı iddiaya baxılıb.



Qapalı keçən iclasda proses sentyabrın 8-dək təxirə salınıb.



Eks-spikerin vəkili Osman Kazımov deyir ki, məhkəmənin təxirə salınmasına səbəb Baş prokuror Zakir Qaralovun Rəsul Quliyevin toxunulmazlıq hüququnu ləğv etməsi barədə qərarının işdə olmamasıdır. Cənab Kazımovun sözlərinə görə, həmin qərar ümumiyyətlə, mövcud olmaya da bilər: «Çünki qanunvericiliyə görə, Baş prokurorun belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur».



ADP sədri Rəsul Quliyevin deputatlığa namizədliyi 34 saylı Xətai dördüncü seçki dairəsindən qeydiyyata alınsa da, Baş Prokurorluq onun toxunulmazlıq hüququnu ləğv edib. Cənab Quliyev küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir.
XS
SM
MD
LG