Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:42
Rubrikalar

Bakıda ucuz mallar yarmarkası açılacaq


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir - Bakıda bazar qiymətlərinə nisbətən ucuz satılan malların yarmarkası açılacaq.



İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, sərgi-yarmarkalar sentyabrın 10-11-də metronun «Nərimanov», «Gənclik» və «Əzizbəyov» stansiyaları yaxınlığında təşkil olunacaq. Tədbirlərdə ölkənin əksər rayonlarından olan 300-dən çox şirkət və müəssisə öz mallarını həm nümayiş etdirəcək, həm də satışını təşkil edəcək.



Nazirlikdən bildiriblər ki, prezidentin anti-inflyasiya tədbirlərinin gücləndirilməsi haqqında fərmanıyla Bakı, Sumqayıt, Gəncə və bəzi başqa şəhərlərin icra hakimiyyətlərinə gündəlik tələbat mallarının satışını təşkil etmək tapşırılıb və bu, sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir.



Belə sərgi yarmarkalar bir müddət əvvəl Lənkəran və Gəncədə təşkil edilmişdi.



- Bakıda - Əl Oyunları Sarayında İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının müəssisələrində istehsal olunan malların sərgisi açılıb.



Sərgidə Yəzd, Ərdəbil və Tehran şirkətlərinin məhsulları nümayiş olunur. Sərginin ekspozisiyasına 26 şirkətin malları çıxarılıb.



Sərginin təşkilatçısı Qərbi Azərbaycanın Ticarət-Sənaye və Mədən Palatasıdır. Palatanın Direktorlar Şurasının üzvü Hüseyn Paşayi qeyd edib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan Respublikası ilə ticarət əlaqələrinin yaradılmasıdır. Sərgi sentyabrın 9-da başa çatacaq.



- Bakıda meyvə şirəsi emalı zavodu açılacaq. Heydər Əliyev prospektində tikilən və müasir avadanlıqla təchiz olunan yeni müəssisənin açılışında prezident İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.



- Sentyabrın 6-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 604, 1 avro 5 748, 1 rubl isə 163 manatdır.
XS
SM
MD
LG