Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:24

Məktəb zamanı gəldi...


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir ...Get məktəbə, cavanım



Məktəblilərin hay-küyünə, məktəb zənginin çalınmasına bir həftədən çox qalıb. Azərbaycanda yeni dəsr ili sentyabrın 15-də başlanacaq. Bu ərəfədə uşaqlar sinif yoldaşları, müəllimləri ilə görüşəcəklərinə, içinə qələm-dəftər doldurub təzə çantalarını çiyinlərinə taxacaqlarına görə çox sevinirlər.



Amma elə bu günlərdə valideynlərin çoxu qayğılı görünür. Fikrət Babayev kimi. O, 9-cu sinifdə oxuyan iki qızını məktəbə yollamağa hazırlaşır. Buna görə özünə əlavə iş yeri də tapıb. Deyir ki, hər il olduğu kimi o da, həyat yoldaşı da qızlarına bərk-bərk tapşırıblar ki, məktəb ləvazimatları ilə səliqəli davransınlar:



«Şükür Allaha ki, uşaqlar da bizi başa düşür. Bir çantanı üç il məktəbə aparırlar. Ancaq tək çanta deyil ki. Başqa şeylər də almaq lazmdır axı. Bu il əlavə iş köməyimə çatdı, 140 min manat əlimizdən tutdu».



Məktəb ləvazimatlarının satış yerlərində qiymətlər fərqlidir. İri mağazalarda məktəbli çantası 140-150 min manatadırsa, kiçik dükanlarda 40-50 min manata almaq olar.



Valideynlərin çoxu qiymətlərin ucuz olduğu yerlərə baş çəkirlər. Alıcılıq qabiliyyətinə gəldikdə, satıcılar alış-verişin yaxşı olmadığını deyirlər.



Tərlan Babayev uşaqlarına nə lazımdırsa alıb, ancaq qiymətlərin baha olmağından narazıdır.



Məktəb bazarına çıxan Sevda Məmmədova da deyir ki, bazara gəlsə də, hələ çox şey almaq fikrində deyil:



«Hələ baxıram görüm, nə var, nə yox. Ala biləcəyəm, yoxsa yox. Həm də hələ bilmirəm dərslik alacağam, yoxsa yox».



Təhsil Nazirliyinin dərslik şöbəsinin baş məsləhətçisi Faiq Şahbazlı isə bildirir ki, bu il bütün siniflərdə oxuyan şagirdlərə dərsliklər pulsuz paylanacaq. Artıq dərsliklərin çapı başa çatdırılıb, təhsil şöbələrinə verilib. Onlar da dərs ilində bütün şagirdləri pulsuz kitabla təmin edəcəklər:



«Dərsliklərin çapı üçün büdcədən 42 milyard manat vəsait ayrılıb. 117 adda 906 min nüsxə dərslik çap olunub».



Ancaq yenə də satışda dərsliklərə rast gəlmək olar. 1-4-cü sinif üçün nəzərdə tutulmuş "Oxu" kitabı 13 min manata satılır. Təhsil Nazirilyi isə valideynlərə dərslik almamağı tövsiyə edib.



Satıcı Vüqar deyir ki, bundan onların da xəbəri var:



«Yəqin ki, həmin kitablar elə rəflərə də qalacaq. Ancaq satdıqlarımızın çoxu Rusiyadan gətirilib, rus məktəbləri üçün nəzərdə tutulub».



Təhsil Nazirliyinin dərslik şöbəsindən Faiq Şahbazlı kitabların pulsuz paylanmasında rus məktəblərinin istisna olacağını deyir.



Bütün qayğılarla yanaşı, yeni məktəb ili başlanır. Söhbət etdiyim Elnurla Aynur dostları və müəllimləri üçün çox darıxdıqlarına deyirlər. Həm də deyirlər ki, valideynlərinə bu il daha yaxşı oxuyacaqlarına söz veriblər.



Məktəblə bağlı başqa yenilik. Bu ildən ilk dəfə olaraq Azərbaycanda 5 yaşlı uşaqlar da məktəbə gedə biləcəklər.
XS
SM
MD
LG