Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

Seçki hüquqları pozularsa, kimə şikayət etməli?


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Liberal Demokrat partiyasının sədri Fuad Əliyev Nizami rayonunun icra başçısı Abdin Fərzəliyevi öz kürəkəninin xeyrinə imzatoplama kampaniyasını saxtalaşdırmaqda günahlandıraraq prezident İlham Əliyevə şikayət edib. İcra hakimiyyəti bu iddiaları təkzib edib.



Qonaqlarımız:



- MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyeva;



- Seçki Monitorinq Mərkəzinin hüquqşünası Hafiz Həsənov.



Hafiz Həsənov: Hesab edirəm ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı şikayətlərin verilmə qaydaları əvvəlki qaydalara nisbətən bir qədər çətin prosedurdur. Həm də məsələ bir qədər məhdudlaşdırılıb.



Seçki Məcəlləsi qəbul olunana qədər qanunvericilik imkan verirdi ki, seçki hüquqlarının pozulmasına görə eyni zamanda məhkəməyə və yuxarı seçki komissiyalarına müraciətlər olunsun. Ancaq Seçki Məcəlləsi qəbul olunandan sonra belə bir prosedur müəyyən olundu ki, əgər seçicinin hüquqları pozulursa, o bununla bağlı məntəqə seçki komissiyasına öz iradlarını bildirir. Əgər məntəqə komissiyası buna heç bir reaksiya vermirsə, onun hüququnu bərpa etmirsə və yaxud məntəqə seçki komissiyasının cavabı seçicini qane etmirsə, onda dairə seçki komissiyasına müraciət verilir. Dairə komissiyasının qərarından narazı qaldıqda, seçici Mərkəzi Seçki Komissiyasına [MSK] və MSK-nın qərarı razı salmadıqda, nəhayət, Apellyasiya Məhkəməsinə müraciət edə bilər. Yəni, münaqişələrin seçki komissiyaları səviyyəsində həlli məsələsi əsas götürülür.



İradə Hacıyeva: Hesab edirəm ki, şikayətin ilkin olaraq yuxarı seçki komissiyasına verilməsi düzgündür. Ona görə ki, məhz komissiya bunu araşdırmalıdır. Əgər tutaq ki, birbaşa məhkəməyə müraciət olunursa, hər halda o məhkəmənin özü də araşdırma aparana qədər yenə də məntəqə və dairə seçki komissiyalarına müraciət edəcək.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG