Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23
Rubrikalar

Ceyranbatandan Bakıya yeni su kəməri çəkilir


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir - Azərbaycan neftinin dünya bazarlarındakı qiyməti bir qədər enib, amma kifayət qədər yüksək olaraq qalır. Son məlumata görə, «Azərilayt» markalı neftin 1 barreli 67 dollar, Rusiya nefti ilə qarışdırılan «Ural» markalı neftin 1 barreli isə 59.5 dollardır.



- Ceyranbatan Su Anbarından Bakıya yeni su kəməri çəkilir. Suraxanı rayonu əhalisi üçün nəzərdə tutulan və Ceyranbatan-Binəqədi adlanan bu su kəmərinin uzunluğu 23 kilometr yarım olacaq. Onun 15 kilometri artıq çəkilib. "Azərsu" şirkətinin vəsaitləri hesabına çəkilən kəmərin tikintisi bu ilin sonuna qədər tamamlanacaq.



- İqtisadi İnkişaf Nazirliyinin Bərdə rayonunda təşkil etdiyi kredit yarmarkasında yerli sahibkarlara 1.5 milyard manatdan artıq güzəştli kreditlərin verilməsi haqqında qərar qəbul olunub. Bu kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik və emal sənayesinin inkişafına yönəldiləcək.



- Zaqatala rayonunda gül yağı emalı bərpa edilib. Rayonun Qazangül qəsəbəsində fəaliyyətə başlayan gül yağı emalı zavodu 17 ton qızılgül ləçəyindən 2.5 kiloqram gül yağı əldə edib. İndi məhsulun sertifikatlaşdırılması və müqavilə bağlanması üçün Fransa şirkətləri ilə danışıqlar aparılır.



- Azərbaycanda dolların qiyməti düşməkdə davam edir. Sentyabırn 5-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4609, 1 avro 5 798, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG