Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:57

Dimitri Rupel: «Seçki komissiyaları və seçici siyahılarıyla bağlı problemlər var»<p align=`left`><br><br>


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir «Seçki komissiyaları və seçici siyahılarıyla bağlı açıq qalan məsələlər mövcuddur. Düşünürəm ki, hökumətin ixtiyarında bunları yoluna qoymaq üçün vaxt var».



Bu fikirləri Bakıda səfərdə olan ATƏT-in hazırkı sədri Dimitri Rupel söyləyir. O, deyir ki, parlament seçkisi prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşünün əsas mövzularından biri olub.



Dimitri Rupel: «Mən razı deyiləm ki, hökumət ATƏT və Avropa Şurasının məsləhətlərinə qulaq asmayıb. Fikrimcə, həm hökumət, həm də seçki ilə məşğul olan şəxslər ATƏT və Avropa Şurasından gələn məsləhətləri və bu yöndə aparılan məsləhətləşmələri yüksək qiymətləndirirlər. Əlbəttə, verilən təkliflərlə reallıqlar arasında fərqlər mövcuddur, amma hələ vaxt var, seçkilər noyabrda olacaq və mən inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq».



ATƏT sədri seçki məsələsinin bir neçə müxalifət partiyasının rəhbərləri ilə görüşündə də müzakirə edildiyini deyir.



O, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin davamlı olacağına inanır.



Xarici İşlər naziri Elmar Məmmədyarov isə bildirir ki, problem elə dərinləşib ki, iki-üç günə köklü dəyişikliyə nail olmaq mümkün deyil: «Bu istiqamətdə çoxlu işlər görülməlidir». Nazirin sözlərinə görə, hazırda tərəflər «Praqa prosesi» çərçivəsində işləyirlər.



Dimitri Rupellə görüşən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov isə deyir ki, erməni icması ilə münasibətlərin qurulmasına müsbət yanaşır. O, ATƏT sədrinə Xankəndində erməni icmasıyla görüşməyə hazır olmasıyla bağlı təklif irəli sürdüyünü söyləyir.
XS
SM
MD
LG