Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:46
Rubrikalar

"Danışır Şəki"


Səs: Real audio
Fuad Ələsgərov: «Çox güman ki, hakimlərin sayını artırmalı olacağıq» Bu «İz»də:



- Mədəni təşəbbüslər və mədəniyyətə hamilik mövzusunun izinə düşəcək;



- Şəkidə açılan özəl radiodan soraq tutacaq;



- «Qalereya» sözünün mənasını yada salacaq;



- "Mentalitet dolması"nı dadacaq;



- Və hər dəfə «Abşeron» Rəsm Qalereyasının sahibi Eldəniz İbrahimovun açıqlamalarını eşidəcəksiniz.



İNDƏN BELƏ ŞƏKİNİN ÖZ RADİOSU OLACAQ



"Danışır Şəki". Elədir ki, var. İndən belə Şəkinin öz radiosu olacaq. Daha doğrusu, ANS ÇM radiosunun Şəki studiyası. Azərbaycanın ilk yerli radiosunda yerli problemlər elə Şəki sakinlərinin öz diliylə və elə öz qulaqlarına söylənəcək. Bəs bölgədə elektron media kanalı açmaq xəyalı necə gerçəkləşdi?



ANS ÇM-in direktor əvəzi Ziya Məcidli: "Onu gerçəkləşdirərkən [radionu açarkən] texniki problemlər üzə çıxırdı –avadanlığın təşkil olunması, bu radionun aparıcılarını, heyətini araşdırıb aramaq, öyrətmək və bu işi onlara tapşırmaq".



Radionun proqram çeşidləri haqqında indidən nə demək olar? Bu radionu bütün Azərbaycan vətəndaşlarının üzünü güldürən Şəki ləhcəsindən və Şəki yumorundan başqa nə fərqləndirəcək? Radionun icraçı direktoru Xatirə Əkbərova:



"Azərbaycanda birinci dəfədir ki, özəl radionun yerli studiyası açılır. Biz də mərkəzdə görülən verilişlərlə eyni məzmunda, eyni keyfiyyətdə verilişlərin hazırlanmasını nəzərdə tuturuq. Bundan ötrü istər texniki, istərsə də yaradıcılıq imkanlarımız var".



Azərbaycanda parlament seçkiləri ərəfəsində yayıma başlayan radio seçki mövzusunu necə işıqlandırmaq fikrindədir?



Xatirə Əkbərova: "Şəkini parlamentdə üç millət vəkili təmsil edəcək. Və bu üç yerə qarşı 30-dan artıq namizədin qeydə alınması onu deməyə əsas verir ki, rayonda deputatlıq uğrunda qızğın mübarizə olacaq. Biz də təbii olaraq Şəki radiosu kimi bunu işıqlandıracağıq".



MƏDƏNİ TƏŞƏBBÜSLƏR VƏ MƏDƏNİYYƏTƏ HAMİLİK



Bələdçimiz «Abşeron» Rəsm Qalereyasının sahibi və direktoru Eldəniz İbrahimovdur.



- Eldəniz bəy, mədəniyyətə hamilik baxımından özünüzə örnək saydığınız kimsə varmı? Ümumiyyətlə, kimə bənzəmək və ya kimi xatırlatmaq istərdiniz?



- Azərbaycanda təsviri sənət biznesinin formalaşması üçün şərait hələ əmələ gəlməyib. Belə bir şərait yoxdur. Bu o zaman yaranar ki, Azərbaycanda orta təbəqə olsun. İncəsənət nə kasıblar üçündür, nə də milyonçular üçün. O, orta təbəqə üçündür. Azərbaycanda bu saat iri məbləğlər, böyük kapital kimin əlindədir? Mədəni səviyyəsi çox aşağı olan insanların – dövlət məlurlarının... Böyük villalara getsəniz divarda bir dənə də olsun tablo tapa bilməzsiz...



Azərbaycanda bu saat incəsənətə himayəçilik edən yeganə bir adam tanıyıram. Bu, Mehriban xanım Əliyevadır [prezidentin xanımı-red.]. Amma mən ona bənzəmək istəməzdim, çünki, o tamam ayrı adamdır...



Mən əlbəttə istərdim ki, Hacı Zeynalabdin Tağıyevaya bənzəyim. O, mənim üçün örnəkdir. Çünki, o, pul qoymaqla kifayətlənməyib. Təsəvvür edin ki, onun, həmçinin Musa Nağıyev, Murtuza Muxtarov və s. insanların 1885-ci ildə qurduğu plan hesabına Azərbaycan iqtisadiyyatının şəkli dəyişib... Onların gördükləri iş yalnız incəsənətə himayə deyildi. Onlar millətə himayə idi...



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG