Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

Prezident Aparatının rəsmisi sentyabrda amnistiya olmayacağını deyir


Səs: Real audio
Fuad Ələsgərov: «Çox güman ki, hakimlərin sayını artırmalı olacağıq» «Sentyabrda geniş amnistiya olacağı haqqında səslənən fikirlər doğru deyil». Prezident Aparatı Hüquq – Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov jurnalistlərlə söhbətində belə dedi. Onun sözlərinə görə, amnistiya barədə hüquq müdafiəçilərinin təklifləri səslənsə də, işçi qrup səviyyəsində sözügedən layihə hazırlanmayıb.



Cənab Ələsgərov Əfv Komissiyasının mütəmadi işlədiyini və prezidentin növbəti fərman imzalayacağını da istisna etmədi.



O, sentyabrın 18-də hakim seçkisinin keçiriləcəyini də bildirdi: «Professional hakim korpusunun formalaşacağına əminik. Çox güman ki, hakimlərin sayını da artırmalı olacağıq».
XS
SM
MD
LG