Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

Ayaz Mütəllibovun deputatlığa namizədliyi qeydə alındı


Səs: Real audio
AŞPA-nın baş katibi: "Ancaq buna baxmayaraq seçkilərdən sonra hakimiyyədə kim olsa, onunla işləmək lazımdır ki, mövcud ola biləcək problemləri aradan qaldırıb, gələcəkdə ədalətli seçkilərin keçirilməsinə şərait yaratmaq mümkün olsun" Keçmiş prezident Ayaz Mütəllibovun deputatlığa namizədliyi qeydə alınıb. Bunu «Azadlıq» radiosuna Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirdi. Onun sözlərinə görə, cənab Mütəllibovun sənədləri araşdırılaraq, məsələ müsbət həll olunub.



Eks - prezidentin namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülüb.



A.Mütəllibov Xocalı faciəsinin qarşısını almamaqda ittiham olunur.



Bundan əvvəl eks-spiker, ADP sədri Rəsul Quliyevin də deputatlığa namizədliyi 34 saylı Xətai dördüncü seçki dairəsindən qeydiyyata alınsa da, Baş Prokurorluq onun toxunulmazlıq hüququnu ləğ etmişdi. Cənab Quliyev küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir.
XS
SM
MD
LG