Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:09
Rubrikalar

Ötən həftədən IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli danışır


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir Hesab edirəm ki, ölkəmizdə korrupsiya məsələlərinin azaldılmasına xidmət edən ciddi bir addım atılıb. Prezidentin fərmanı ilə Yol Polisi əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb. Yəqin ki, bu, ciddi nəticələr doğuracaq. Çünki, həqiqətən də korrupsiya, rüşvəti yaradan amillərdən biri də insanların az əmək haqqı ilə təmin olunmasıdır...



Keçən həftə deputatlığa nəmizədlərin irəli sürülməsi kampaniyası qurtardı və həftə boyu onların imzalarına baxıldı. Bu da ciddi bir prosesin sonu və yeni ikiaylıq təşviqat prosesinin başlanğıcı ərəfəsidir.



Ölkəyə bir neçə qonaqlar da gəldi. Xüsusən Amerikadan senator gəldi ki, bu, həqiqətən də əlamətdar hədisədir. O mənada ki, Azərbaycan seçkiöncəsi dünya ölkələrinin, xüsusən demokratik ölkələrin diqqət mərkəzindədir.



Kazanda ciddi bir hadisə [MDB dövlət başçılarının sammiti-red.] baş verdi. MDB-nin bir üzvü – Türkmənistan artıq qurumdan ayrıldığını bəyan etdi. Bu da MDB-nin artıq indidən ictimai bir quruma çevrildiyini göstərir. Bu da qlobal baxımdan ciddi hadisədir.



Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü oldu. Amma təəssüf ki, bundan istədiyimiz nəticəni əldə edə bilmədik.



Azərbaycanın ən önəmli hadisəsi avqustun 29-da İctimai Televiziyanın [İTV] efirə çıxmasıdır. Və mən inanıram ki, Azərbaycan xalqı uzun illərdən sonra nəhayət özünü əks etdirən ilk televiziya görəcək. Bu istiqamətdə onların kollektivinə böyük uğurlar arzulayıram. Bizim gözləntilərimizi inşallah, gerçəkləşdirərlər.
XS
SM
MD
LG