Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

DYP əməkdaşlarının maaşlarının artırılması rüşvətin qarşısını alacaqmı?


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir «Panorama»nın bu dəfəki qonağı hüquqşünas İsaxan Aşurovdur.



Ötən verilişlərdə olduğu kimi, «Azərbaycan» və «Zerkalo» qəzetlərinin əməkdaşları – Samir Elmanoğlu və Azər Rəşidoğlu da söhbətdə iştirak edir.



Bu dəfə «Panorama»da prezident İlham Əliyevin sərəncamı ilə Çevik Polis Alayı və Dövlət Yol Polisi [DYP] əməkdaşlarının maaşlarının 5-7 dəfə artırılmasından bəhs edilir.



Hüquqşunas İsaxan Aşurov deyir ki, nə qədər ki, polisdə ciddi islahatlar aparılmayıb, maaşların artırılması bu sistemdə rüşvət və korrupsiya hallarının azalmasına xidmət etməyəcək.



Onun sözlərinə görə, ilk növbədə vergi verən sıravi insanların qayğısına qalınmalıdır ki, həm dövlət güclü olsun, həm də müxtəlif təbəqələr arasında kəskin qütbləşmə baş verməsin. Cənab Aşurov hesab edir ki, Azərbaycanda maaş və təqaüdlərin artırılmasında daha çox siyasi mülahizələr əsas rol oynayır.



Daha ətraflı audio hissədə
XS
SM
MD
LG