Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Aclıq edən gənclərdən biri aksiyanı dayandırdı


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir Sentyabrın 3-də «Yeni Fikir» Gənclər Təşkilatının (GT) aclıq edən üzvlərindən biri - Xətai Qasımov aksiyanı dayandırıb. Onun səhhəti pisləşib və xəstəxanaya aparılıb.



Sentyabrın 3-də həmçinin hüquq müdafiəçisi Novella Cəfəroğlu və Ruslan Bəşirlinin atası Cəlil Bəşirli aclıq edənlərə baş çəkib. Xanım Cəfəroğlu Avropa Şurasının baş katibi Terri Devisin Bakıya səfəri zamanı onunla görüşdə bu məsələni qaldıracaqlarını deyib.



Terri Devis sentyabrın 5-də Bakıya gəlir.



«Yeni Fikir» GT-nin üzvləri avqustun 31-dən aclıq edirlər. Onlar bu il avqustun 3-də həbs edilmiş təşkilatın sədri Ruslan Bəşirlinin azad edilməsini və qurum üzvlərinə yönələn təzyiqlərin dayandırılmasını tələb edirlər.



Ruslan Bəşirli Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi - hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamaya görə cinayət işi açılıb.
XS
SM
MD
LG