Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:15

«Polisin maaşının artırılmasının arxasında hakimiyyətin siyasi maraqları dayanır»


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan həyəcan təbili çalır» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Ermənistan əvvəllər Qars-Axalkalaki-Bakı dəmiryolunun tikintisinə o qədər də sərt yanaşmırdı. Amma son günlər rəsmi Yerevan layihəyə öz mənfi reaksiyasını göstərməyə başlayıb. Belə ki, Xarici İşlər naziri Vardan Oskanyan bildirib ki, dəmiryolunun inşası cəhdləri mənasızdır və onlar buna qarşı çıxacaqlar. Müəllif yazır ki, Ermənistan rəsmilərinin və ABŞ-dakı erməni diasporunun canfəşanlığı layihənin baş tutmamasına yönəlib.



«Bakı - Xəbər» qəzetindəki «Daxili İşlər Nazirliyindən kütləvi polis axınının qarşısını almaq istəyirlər» başlıqlı məqalədə Tofiq yazır ki, srağagün prezident İlham Əliyev Dövlət Yol Polisi və Post-Patrul Xidmətində çalışan polislərin əməkhaqqlarının artırılması barədə sərəncam verib. Məqalədə bildirilir ki, Azərbaycan kimi zəngin bir ölkədə nəinki polislərin, bütün digər təbəqədən olan insanların, müəllim və həkimlərin də maaşları indikindən qat-qat yüksək olmalıdır. Müəllif yazır ki, polisin əməkhaqqısının 5-7 dəfə artırılması heç də ölkə vətəndaşlarının normal yaşayışını təmin etmək məqsədi daşımır. Hüquq-mühafizə orqanlarının hakimiyyətin əlində siyasi alətə çevrildiyini nəzərə alsaq, polisin maaşının artırılmasının arxasında sırf hakimiyyətin qrup maraqlarının dayandığını düşünmək olar.



«Yeni Müsavat» qəzetindəki məqalədə Dünya Sakit yazır ki, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovla İqtisadi İnkişaf naziri Fərhad Əliyevin münasibətləri yenidən kəskinləşib. Məqalədə bildirilir ki, onlar hakim komanda daxilində mövqe uğrunda savaşdan əl çəkmirlər. Müəllif yazır ki, məmurların arasında yaranmış belə anlaşılmaz münasibətlərin qanundankənar üsullarla həll edilməsi ciddi narahatlıq doğurur.
XS
SM
MD
LG