Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Bazarda spirtli içkilərin 50, siqaretin 20 faizi saxtadır


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir Azərbaycan prezidenti İlham Əliyevin üç gün bundan qabaqkı fərmanıyla hökumətə tapşırılıb ki, keyfiyyətsiz arağın, konyakın, siqaretin qarşısı alınsın. İstər xaricdən gətirilən olsun, istər yerli istehsal və satış.



Vəziyyət doğrudanmı belə pisdir ki, prezident xüsusi fərman verir? Hamının gözü qabağında məsələn, gizli pivə sexi ola bilərmi?



O biri tərəfdən, siqaretin keyfiyyətsiz olduğunu sübut etmək asandımı? Hökumətin laboratoriyası ola-ola saxta malın qabağını ala bilmir. Sadə alıcı hardan bilsin ki, aldığı araq əldə qayırmadır?



Qonaqlar:



- İqtisadi İnkişaf Nazirliyində Antiinhisar Siyasəti Departamentinin direktoru Rəhim Hüseynov;



- Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev;



- Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov.



Sabir Vəliyev: "Azərbaycan bazarında spirtli içilərin təxminən 50 faizi saxtadır. Ən çox saxta isə konyak məhsulları, şampan şərabı və araqlardır...



Əslində, Rusiya zavodlarında, məsələn "Kristal" zavodunda buraxılan araq təmizdir. Ancaq əfsuslar olsun ki, bizə məhsullar Rusiyanın o məşhur zavodlarından daxil olmur. Şimali Qafqazda ayrı-ayrı iş adamları tərəfindən istehsal olunmuş və Rusiyanın etiketləri yapışdırılmış araqlar gətirilir. Özü də qaçaqmalçılıq yoluyla... Eyni zamanda Azərbaycanın özündə işbazlar dövriyyədən götürülmüş butulkalara araq süzərək Rusiya arağı adı altında satırlar...



Kənd Təsərrüfatı Nazirliyinin istehlak bazarında nəinki alkoqollu içkilərə, ümumiyyətlə, məhsullara nəzarət etmək və onları yoxlamaq ixtiyarı yoxdur... Bu səlahiyyət Kənd Təsərrüfatı Nazirliyində olanda belə biabırçılıq olmamışdı. Kənd Təsərrüfatı Nazirliyinə səlahiyyət verilsə, əlbəttə, burda böyük tədbir görə bilər və əhalimiz yalnız yüksək keyfiyyətli məhsul əldə edər. Əfsuslar olsun ki, bu səlahiyyətlər ona verilməyib. Səlahiyyətlər İqtisadi İnkişaf Nazirliyinin ayrı-ayrı qurumlarındadır ".



Eyyub Hüseynov: "Tütün bazarının təxminən 20 faizini saxta, qaçaqmalçılıq yoluyla gətirilən, üzərində aksiz markası olmayan siqaretlər və yaxud aksiz markası olmayan yerli filtirsiz siqaretlər tutur".



Rəhim Hüseynov: "Biz daimi olaraq monitorinqlər aparırıq. Və müxtəlif formada bazara çıxarılan saxta malların qarşısını almaq üçün tədbirlər görürük...



Hal-hazırda biz Azərbaycanda rəsmi fəaliyyət göstərən demək olar ki, bütün müəssisələrə məktublar yazmışıq. Və onlardan ilk cavablar almağa başlamışıq. Onların hansı məhsullarının harada, necə, hansı markalar adı altında saxta istehsal olunduğunu araşdıraraq tədbirlər görürürük. Bundan əvvəl də bu tipli tədbirlərimiz olub. Amma indi mübarizəni daha da gücləndirmişik... Belə faktlar bizdə onlarladır və müvafiq olaraq bunların hamısı sənədləşdirilib, dövlət büdcəsinə cərimələr və maliyyə sanksiyaları ödənib".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG