Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:43

Aclıq edən gənclərdən biri sudan da imtina etdi<p align=`left`><br><br>


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir «Yeni Fikir» Gənclər Təşkilatının aclıq edən üzvlərinin səhhəti normaldır. Qurumun sədr müavini Səid Nuriyevin verdiyi məlumata görə, aclıq edən beş nəfər hər gün həkim müayinəsindən keçir.



Ancaq Namiq Feyziyev sudan da imtina etdiyindən başında və mədəsində ağrılar hiss edir.



Aksiyaya yeni qoşulmuş Vüqar Mehdiyev deyir ki, sentyabrın 1-də tanımadığı adamların hücumuna məruz qalıb. Sonradan onların polis olduğunu bilib. Bundan sonra etiraz aksiyasına qoşulub.



Aclıq edənlər bu il avqustun 3-də həbs edilmiş «Yeni Fikir»in sədri Ruslan Bəşirlinin azadlığa buraxılmasını və gənclərə qarşı təzyiqlərə son qoyulmasını tələb edirlər.



Ötən həftə və sentyabrın 1-də polis seçkidə siyasi fəallığa çağıran vərəqələr yaydıqlarına görə bir neçə gənci saxlayıb. Məhkəmənin qərarı ilə onlara 10 sutkalıq inzibati həbs cəzası verilib.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov: «Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi olmadan vətəndaş hər hansı bir elanı hara gəldi yapışdıra bilməz. Onlar vərəqələri hara gəldi yapışdırıblar. Polis qayda-qanuna çağıranda isə müqavimət göstəriblər və saxlanıblar».



Hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, vərəqə yaymağa görə hər hansı məsuliyyət nəzərdə tutulmur: «Vərəqə yaymağa görə İnzibati Xətalar Məcəlləsində heç bir məsuliyyət nəzərdə tutulmayıb. Gənclər polisə müqavimət adı ilə məsuliyyətə cəlb ediliblər. Bu da doğru deyil».
XS
SM
MD
LG