Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37
Rubrikalar

Alpinistlərin Ağrıdağa ekspedisiyası başa çatıb


Səs: Real audio
Maliyyə naziri Əvəz Ələkbərov 2006-cı ilin büdcəsində 1 barrel xam neftdən gələcək gəlirin 40 dollardan hesablanacağını deyir - Sentyabrın 2-də futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının seçmə qrup mərhələsində Almaniya komandasına qarşı oynayacaq. Oyun Bakı vaxtı ilə saat 23.30-da başlanacaq.



Sentyabrın 3-də isə futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın əsas yığma komandası Şimali İrlandiya milliləri ilə üz-üzə gələcək. Sentyabrın 2-də Azərbaycan yığması Belfasta yola düşüb. Matç Bakı vaxtı ilə saat 19.00-da olacaq.



- Türkiyədə 5137 metr yüksəklikdə yerləşən Ağıradağa alpinistlərin beynəlxalq ekspedisiyası başa çatıb. Ekspedisiyada 17 ölkə alpinistləri iştirak edib. Onların arasında üç azərbaycanlı da olub. Onlar Bakıya sentyabrın 2-də qayıdıblar. Ekspedisiyada iştirak etmiş Alpinizm Klubunun rəhbəri Səridan Mursaqulov:



«Hava çox kəskin idi, qar yağırdı. 191 nəfər alpinist Ağrıdağı 14-16 saat vaxta fəth etdi. Bütün dövlətlər öz bayraqlarını sancdılar. Azərbaycanı tanımayanların çoxu bu ekspedisiyada tanıdı».



- Sentyabrın 3-də Bakıda yunan-Roma güləşi üzrə respublika turniri keçiriləcək. Turnirdə 200-ə yaxın güləşçi mübarizə aparacaq.



- Sentyabrın 4-də isə Maltada kişi otüstü xokkeyçilər Avropa «Çağırış Kuboku»na vəsiqə qazanmaq üçün «D» divizionunda yarışacaq. Turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaq. İlk oyunu isə sentyabrın 5-də Danimarka yığmasına qarşı keçirəcəklər.



- Fransanın Strasburq şəhərində stolüstü tennis üzrə Avropa birinciliyi sona çatıb. Qitə çempionatında iki Azərbaycan tennisçisi də çıxış edib. Qızların yarışında Səbinə Əhmədova 72 idmançı arasında beşinci, oğlanların yarışında isə Rüstəm Əliyev 101 iştirakçı arasında 18-ci yeri tutub.
XS
SM
MD
LG