Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

Fərhad Əliyev: "Həyatıma təhlükə ilə bağlı müvafiq orqanlara müraciət etmişəm"<p align=`left`><br><br>


Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq «Həyatıma təhlükə indi də var və mən artıq bununla bağlı müvafiq orqanlara müraciət etmişəm».



Bu sözləri Gəncədə yerli məhsuların satış-sərgisində İqtisadi İnkişaf naziri Fərhad Əliyev söylədi.



Nazir həyatına təhlükə olmasıyla bağlı ilk açıqlamanı ölkəyə gətirilən məhsulların idxal qiymətlərilə satış qiymətləri arasında kəskin fərqi üzə çıxaran monitorinqdən sonra söyləmişdi. Cənab Əliyevin sözlərinə görə, onlar idxal qiymətlərilə bağlı apardıqları araşdırmanın nəticələrini mediada yaymaqla kifayətləniblər.



Nazirin fikrincə, yerli məhsulların xaricə çıxarılması üçün müvafiq qanuna dəyişiklik və əlavələr edilməlidir: «Bu istiqamətdə nazirlik iş aparır».



Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı ABŞ-ın ayırdığı qranta toxunan Fərhad Əlyiev bildirdi ki, bir miylon dollara yaxın olan bu vəsait yeni qanunların hazırlanmasına, ixracın həvəsləndirilməsinə, başqa ölkələrlə ticarət əlaqələrinin inkişafına xərclənəcək.



Cənab Əliyev Gəncədə start götürən «Hamı yerli mal alsın, xeyri vətənə qalsın» şüarıyla keçirilən yarmarkanın Bakıda və ölkənin digər bölgələrində də davam edəcəyini bildirdi.
XS
SM
MD
LG