Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51
Rubrikalar

Barmağımızın mürəkkəbə batması perspektivi


Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq "IV Parlament"in bu dəfəki qonaqları:



- ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvü Axundlu;



- "Azadlıq" blokunun deputatlığa namizədi, AXCP-dən Xaləddin İbrahimli;



- YAP-dan deputatlığa namizəd Aydın Mirzəzadə.



– Avropa Şurasının Venesiya Komissiyası, Parlament Assambleyası, Avropa Birliyi, ABŞ və ATƏT ikili səsvermənin –"seçki karuselləri"nin qarşısının alınması üçün barmaqların işarələnməsində israr edir. Bir adamın bir neçə dəfə səs verməsi praktikası Azərbaycanda öncəki seçkilərdə çoxmu yayılmışdı? Yəni, bu hallar seçkinin nəticələrinə təsir edəcək qədər ciddidirmi?



Xaləddin İbrahimli: Bundan əvvəlki seçkilər – istər 2000-ci il, istərsə də 2003-cü il seçkisi vətəndaşların təkrar səs verməsi ilə müşayiət olunub. 2003-cü ildə bu "karusel" daha açıq şəkildə işə salınıb. İnsanlar artıq dəstə-dəstə o "karusel"ə qoşulubdur. Həmin dəstələr bir neçə məntəqədə səs verib.



Bu nöqteyi-nəzərdən beynəlxalq təşkilatlar seçkilərin şəffaf və demokratik keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu məsələnin hökmən müzakirə predmeti olmasına, öz həllini tapmasına çalışırlar. Ona görə də biz barmaqlara rəng sürtmək məsələsinə, təkrar səsvermənin qarşısını almaq üçün bu texnologiyanın tətbiq olunmasına xüsusi önəm veririk.



Aydın Mirzəzadə: Mən hesab edirəm ki, əvvəlki seçkilərdə heç bir saxtakarlıq olmayıb. Çünki 1993-cü ildən başlayaraq seçicilər ayrı-ayrı fərdlərə deyil, siyasi kurslara səs veriblər. Bu, Heydər Əliyev siyasi kursudur və seçici ilk növbədə bu və ya digər namizədin Heydər Əliyev siyasətinə münasibətinə görə səs verib. Bizim tərəfdarlarımız çox olub, buna görə də bütün seçkilərdə bizim namizədimiz prezident və bizim namizədlərimizin əksəriyyəti parlamentin üzvü seçiliblər.



Düzdür, müxalifət bunun əksini iddia edir, amma belə faktlar hələ ortada yoxdur, bunun olması da mümkün deyil. Çünki məntəqə komissiyalarının bir qismi müxalifətdəndir və həmin o 2-3 dəfə səsvermənin ilk növbədə onlar da iştirakçısı olmalı idilər. Belə isə müxalifətin iradları bizə deyil, öz etibar etdikləri şəxslərə olmalı idi. Və yaxud da əgər belə bir şey olsaydı, mənə elə gəlir ki, müxalifət qəzetlərində çoxdan faktlar olardı...



[Bununla belə] texniki səhvlər olubdur, buna görə də ötən prezident seçkilərində 600 məntəqənin nəticələri ləğv olundu. Bir məsələni qeyd etmək istərdim ki, həmin 600 məntəqənin hamısında prezident İlham Əliyev qalib gəlmişdi və həmin nəticələrin ləğv edilməsi onun yığdığı faizləri aşağı salırdı.



Ülvü Axundlu: Mən Aydın müəllimlə razıyam ki, nəticələri ləğv olunduğu 694 məntəqənin həqiqətən də bəzilərində texniki məsələlər var idi. Amma eyni zamanda ATƏT 2000-ci və 2003-cü illərdə keçirilən seçkiləri müşayiət edib, müşahidələrə əsasən hesabatlar tərtib olunub. Həmin hesabatlarda açıq şəkildə göstərilir ki, bu hallar [bir nəfərın bır neçə dəfə səs verməsi-red.] müşahidə olunub. Məhz bunun qarşısını almaq üçün bizim təşkilatımız, eyni zamanda Avropa Şurası barmaqların mürəkkəblə boyanması üsulundan istifadə olunmasında israrlıdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG