Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:24

«Noyabrın 1-dək bütün seçicilər şəxsiyyət vəsiqəsi alacaqlar»


Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq «Yeni Azərbayan» qəzetindəki «Koçaryan XİN başçısına xəbərdarlıq etdi» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Ermənistan Xarici İşlər nazirinin oğlu Ara Oskanyan bir neçə dəfə Yerevanda avtomobil qəzası törədib. Məqalədə bildirilir ki, qəzaya düşən maşınlar nazirliyin mülkiyyətinə daxildir. Müəllif yazır ki, hər iki qəzanın nəticəsi ağır olub. Baş verənlər Ermənistan mətbuatında kifayət qədər geniş işıqlandırıldığı üçün prezident Robert Koçaryan məsələyə qarışıb. O, xarici siyasət idarəsinin rəhbərinə xəbərdarlıq edib.



«Milli burjuaziyanın yardımı olmasa, itki verə bilərik». Bunu ADP Siyasi Şurasının üzvü Qurban Məmmədov «Ayna» qəzetinə müsahibəsində deyib. O, bildirir ki, milli burjuaziyanın bitərəf və laqeyd qalmasının nəticəsində Ruslan Bəşirli kimi gənclər xarici ölkələrdən və qeyri-hökumət təşkilatlarından malliyyə mənbələri axtarmaq məcburiyyətində qalıblar. ADP funksioneri bildirir ki, buna görə də işadamları yaxalarını kənara çəkməməlidirlər. Sahibkarlar kasıblarla əl-ələ verməsələr, bu rejimlə mübarizə aparmaq çətin olacaq.



«Üç nöqtə» qəzetindəki «Noyabrın 1-dək bütün seçicilər şəxsiyyət vəsiqəsi alacaqlar» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, parlament seçkisinə qədər bütün seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmayacaqları haqda məlumatlar əhalidə narahatçılıq yaradıb. Məqalədə bildirilir ki, vətəndaşlar şikayət edirlər ki, şəxsiyyət vəsiqəsinin alınması prosesində süni maneələrlə üzləşirlər. Daxili İşlər Nazirliyinin rəhbərliyi isə bəyan edir ki, iyun ayına qədər ölkə əhalisinin 60 faizə qədəri vəsiqə ilə təmin olunub, sentyabrın 1-ə qədərsə bu göstərici 83 faizə çatıb. Məqalədə bildirilir ki, noyabrın 1-ə kimi hər bir seçici şəxsiyyət vəsiqəsi alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG