Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12
Rubrikalar

Azərbaycan yığmasının əsas heyətinə iki yeni futbolçu salındı


Səs: Real audio
Məzahir Əliyevin ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işı başlanıb - Sentyabrın 3-də Şimali İrlandiya millisi ilə keçirəcəyi səfər qarşılaşması ərəfəsində Azərbaycanın futbol üzrə yığma komandası Bakıda - Zabrat qəsəbəsindəki stadionda sonuncu məşqinə çıxıb.



Sentyabrın 2-də səhər Vaqif Sadıqovun rəhbərlik etdiyi Azərbaycan yığması Şimali İrlandiyaya yollanacaq.



Sentyabrın 1-də isə baş məşqçi komandanın zədələnən əsas heyət oyunçularını əvəzləyəcək futbolçuların adlarını açıqlayıb. Onlardan biri «Bakı» komandasının müdafiəçisi Ramin Quliyev, digəri isə «Xəzər-Lənkəran»ın yarımmmüdafiəçisi Vüsal Hüseynovdur.



Gələn il Almaniyada keçiriləcək dünya çempionatının 6-cı seçmə qrupunda çıxış edən Azərbaycan komandası 7 oyundan 2 xal toplayıb.



- Azərbaycanlı beynəlxalq dərəcəli futbol hakimi Asim Xudiyev futbol üzrə dünya çempionatının qrup seçmə mərhələsi çərçivəsində Tbilisidə keçiriləcək Gürcüstan-Ukrayna oyununa hakim-inspektor təyin olunub. Norveçli hakimlər briqadasının idarə edəcəyi bu görüş də sentyabrın 3-də olacaq.



- Azərbaycanın uşaq və yeniyetmə karateçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdən beş medalla geri dönüblər. Qara dəniz və Xəzər dənizi ölkələrinin Karate-do Federasiyaları Birliyinin təşkilatçılığı ilə keçirilən bu turnirdə 7 ölkədən 200-ə yaxın uşaq və yeniyetmə idmançı iştirak edib.



14 yaşlı Musa Musayev 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa Azərbaycan karataçiləri 3 gümüş və 1 bürünc medal da qazanıblar.
XS
SM
MD
LG