Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Sentyabrın 5-də 17 hərbçiyə hökm oxunacaq


Səs: Real audio
Məzahir Əliyevin ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işı başlanıb Sentyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 313, 320.1, 341.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaq, təkrarən rüşvət almaq, vəzifə saxtakarlığı, rəsmi sənədləri saxtalaşdırmaq və bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmək) maddələrilə ittiham olunan 17 nəfər yüksək rütbəli hərbçiyə cəza istənilib.



Məhkəmənin iclas katibi Məhbubə Əliyevanın “Azadlıq” radiosuna verdiyi məlumata görə, dövlət ittihamçısı Toğrul Hüseynov təqsirləndirlən şəxslərdən Müdafiə Nazirliyi Mülki - Müdafiə İdarəsinin komplektləşdirmə şöbəsinin rəisi polkovnik-leytenant Ziya Nəcəfova 8 il 6 ay, “N” saylı Hərbi Hissənin keçmiş komandiri, polkovnik-leytenant Əli Məlikov və sabiq qərargah rəisi Rauf Əliyevə 9, MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin bölmə rəisi Rəşid Sadıqzadəyə 8 il 6 ay, həmin idarədə baş-əməliyyat müvvəkkili olmuş mayor Əmrah Cabbarlıya 4 il, “N” saylı Hərbi Hissənin təşkilat-komplektləşdirmə şöbəsinin rəisi Vaqif Talıbova 8 il 6 ay, Müdafiə Nazirliyi Avtomatlaşdırılmış İdarəetmə Vasitələri Mərkəzinin rəisi, polkovnik-leytenant Mirzə Mirzəyevə 4 il, bölmə rəisi, mayor Hüsyar Quliyevə 5 il 6 ay, “N” saylı Hərbi Hissənin baş əməliyyat müvəkkili Eldəniz Seyidəliyevə 5 il, Akif Babayevə 4 il 6 ay, Əhəd Mehdiyevə 5 il, bölmə rəisi Həbibulla Şabanova 5 il, Ərəstun Bağırova 6 il veriliməsini xahiş edib.



Sentyabrın 5-də təqsirləndirilən şəxslərə hökm oxunacaq.



Avqustun 31-də öv tüfəngindən atəş açmaqla intihar edən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin şöbə rəisi, polis polkovniki Məzahir Əliyevin ölümünün motivlərilə bağlı har hansı yeni məlumat yoxdur. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işı başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG