Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15
Rubrikalar

Müəllif Hüquqları Agentliyi yaradıldı


Səs: Real audio
Buna səbəb millət vəkillərinin əksəriyyətinin yenidən deputat seçilmək istəyidir - Prezident İlham Əliiyevin fərmanı ilə Azərbaycanda Müəllif Hüquqları Agentliyi yaradıldı.



Agentlik pirat məhsulları ilə mübarizə aparacaq, qaçaqmal yolu ilə gətirilən əqli mülkiyyət malları ilə bağlı dövlətin maraqlarını qoruyacaq. Misal üçün, agentlik lisenziyası olmayan filmlərin nümayişinə görə telekanalları məhkəməyə verə biləcək. Agentlik dövlət büdcəsindən maliyyələşəcək.



- GUAM ölkələri azad iqtisadi zona yaradacaqlar. Ukraynanın "Liqabiznesinform" agentliyinin məlumatına görə, Kiyevdə keçirilən iqtisadiyyat və ticarət üzrə işçi qrupunun görüşündə belə qərara gəlinib. Bu təşəbbüsün 2005-2006-cı illərdə həyata keçirilməsi gözlənilir.



Bundan əlavə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə iqtisadi forumun keçirilməsi də nəzərdə tutulub. İşçi qrupunun növbəti görüşü bu ilin oktyabrında olacaq.



- Azərbaycanda əhalinin 15 faizindən 35 faizinə qədəri gündə təxminən 10 min manat [2 dollar] pul qazanır.



Dünya Bankı və Dünya Resurs İnstitutunun birgə hazırladığı hesabatda belə deyilir. Hesabata görə, Ermənistanda bu göstərici 35-75 faizi arasındadır. Gürcüstanda isə vəziyyət Azərbaycanla eynidir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 622, 1 rubl 161, 1 avro isə 5701 manatdır.
XS
SM
MD
LG