Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:26

Murtuz Ələsgərov: «Əvvəlki kimi işləyə bilməyəcəyik»


Səs: Real audio
Buna səbəb millət vəkillərinin əksəriyyətinin yenidən deputat seçilmək istəyidir Parlamentin payız sessiyasında informasiya, inzibati icraat, dövlət qulluqçularının davranış qaydaları, investisiya fəaliyyəti, ünvanlı dövlət sosial yardımı, təhsil və s. məsələlər haqqında qanunların qəbulu nəzərdə tutulur. Bu barədə Milli Məclisin (MM) sentyabrın 1-də başlanan payız sessiyasının ilk iclasında spiker Murtuz Ələsgərov məlumat verdi.



O, dedi ki, sessiyanın bir neçə iclasında 2006-cı il üçün dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə ediləcək.



Cənab Ələsgərovun sözlərinə görə, millət vəkillərinin əksəriyyəti parlament seçkisində iştirak etmək niyyətindədirlər: «Ona görə də parlament noyabra qədər əvvəlki sessiyalardakı kimi işləyə bilməyəcək».



Bəzi deputatlar dövlətin maliyyə imkanlarının artmasını əsas gətirərək əhalinin banklarda olan əmanətlərinin qaytarılmasını təklif etdilər. M.Ələsgərov bununla bağlı prezidentlə məsləhətləşəcəyini bildirdi.



Sessiyanın birinci günü MM Azərbaycan və Polşa hökumətləri arasında müdafiə, gömrük işi və digər sahələrdə əməkdaşlıq haqqında sazişləri təsdiqlədi.



2005-ci ilin yaz və növbədənkənar sessiyalarında MM 32 iclas keçirib. Bu müddət ərzində 145 qanun və qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG