Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:06

Ümumtəhsil məktəbləri kompüter avadanlıqları ilə təchiz olunacaq


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» Yeni tədris ilində Bakı və Sumqayıtın ümumtəhsil məktəbləri kompüter avadanlıqları ilə təmin olunacaq. Bu məqsədlə 4 min 500-dən çox müasir kompüterlər alınacaq. Təhsil Nazirliyinin şöbə müdiri Bilal Hüseynov belə deyir.



- Bu il biz Bakı və Sumqayıtın əksər məktəblərini kompüter avadanlığı ilə təchiz edirik. Kompüter avadanlığı deyəndə, təkcə kompüterin özü deyil, printer, şəbəkə avadanlığı, kompüter masası, UPS də nəzərdə tutulur.



Bilal Hüseynovun sözlərinə görə, növbəti iki ildə isə digər regionların orta məktəblərinə texniki avadanlıqlar paylanacaq. Və bütün bunlar prezidentin təhsil sisteminə ayırdığı 20 milyon ABŞ dolları hesabına həyata keçirilir. Hazırda Bakı və Sumqayıt məktəblərinə verilən kompüterlər isə yerli istehsaldır.



- 3 il ərzində bütün ümumtəhsil məktəbləri kompüter avadanlıqları ilə təchiz olunacaqlar və bu proses Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan Mingəçevir Kür Elektron Avadanlıqları Zavodu vasitəsilə həyata keçiriləcək.



Artıq Təhsil Nazirliyində hansı məktəbə neçə kompüter və digər avadanlığın veriləcəyinə dair plan tutulub və yaxın günlərdə bu avadanlıqların paylanmasına başlanacaq.
XS
SM
MD
LG