Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:17

«Avropadan hakimiyyətə demokratiya ismarıcları»


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» «Yeni Azərbaycan» qəzetindəki «Koçaryan ermənibaşı olmaq istəyir» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, bu məqsədlə Konstitusiyaya düzəlişlər parlamentin müzakirəsinə çıxarılıb. Müxalifəti təmsil edən «Ədalət» və «Milli Birlik» blokları bunun əksinə çıxıblar. Maraqlı cəhət budur ki, Daşnaksütun Partiyası sülhməramlı təşəbbüslə çıxış edib. Bu qurumun fəallarının fikrincə, lahiyənin qəbulu Ermənistanın demokratik ölkəyə çevrilməsinə imkan verəcək.



«525-ci qəzet»dəki «Polis polkovniki intihar etdi» başlıqlı məqalədə bildirilir ki, bu olay Daxili İşlər Nazirliyi ətrafında güclə səngimiş müzakirələri yenidən qızışdırıb. Yazıda qeyd olunur ki, intihar etmiş Məzahir Əliyev ciddi fiqurlardan sayılmasa da, bəzi qeyri-rəsmi məlumatlara görə, nazirlikdə baş verən bir sıra məsələlərə görə məsuliyyətin onun üzərinə düşəcəyi gözlənilirmiş. Məqalədə bildirilir ki, başqalarının əməllərinə görə məsuliyyəti öz üzərinə götürməklə yanaşı, həm də ictimai qınaq obyekti olacağından qorxan idarə rəisi yorulduğunu və bezdiyini bəhanə gətirərək özünəqəsd edib.



«Ayna» qəzetindəki «Avropadan Azərbaycan hakimiyyətinə demokratiya ismarıcları» başlıqlı məqalədə C. Məmmədov yazır ki, Avropa Şurasının (AŞ) baş katibi iyun və iyulda nisbətən sakit keçən seçkiqabağı ab-havanın avqustda pisləşməsindən çox narahatdır. O, xüsusilə regionlarda baş verənlərdən narahat olduğunu deyib. Məqalədə bildirilir ki, AŞ rəhbəri həm də Mərkəzi Seçki Komissiyasının indiki tərkibini problemli hesab edib, Seçki Məcəlləsində bir neçə məsələnin qeyri-adekvat təqdim olunduğunu deyib.
XS
SM
MD
LG