Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:47

"Arşın mal alan" operasının Ukrayna dilində premyerası keçirildi


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» "Qlobus"un qonaqları:



- Çuvaşiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Aqil Əliyev;



- Almaniya hökumətindən siyasi sığınacaq almış İntiqam Məmmədov.



- Bu dəfə "Qlobus"da Rusiya Federasiyasının Çuvaşiya Respublikasında yaşayan azərbaycanlılardan bəhs olunur. Bu haqda 1992-ci ildən Çuvaşiyada yaşayan Aqil Əliyev danışır. O, Azərbaycanın Ağdam rayonundandır.



İlk dəfə kommersiya işləri ilə bağlı Çeboksarı şəhərinə gəlib, o vaxtdan da Çuvaşiyada qalıb. 1998-ci ildə Çeboksarıda Çuvaşiya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti yaradılıb. Aqil Əliyev deyir ki, Çuvaşiyada 2 min azərbaycanlı yaşayır.



- İkinci qonağımız Almaniyadan siyasi mühacir İntiqam Məmmədovdur. Dediyinə görə, Almaniyaya gəlməzdən qabaq Azərbaycanda müstəqil siyasi fəaliyyətlə məşğul olub və 1998-ci ildə siyasi səbəblərə görə Azərbaycanı tərk edib.



Hazırda Almaniyanın Hannover şəhəri yaxınlığında yaşayır. İntiqam Məmmədov deyir ki, onun Azərbaycana qayıdışı parlament seçkilərinin nəticələrindən asılıdır.



- Avqustun 27-də Ukraynanın Dnepropetrovsk şəhərinin Musiqili Dram Teatrında Üzəyir Hacıbəyovun "Arşın mal alan" operasının Ukrayna dilində premyerası keçirildi. Bu barədə "Qlobus"a Dnepropetrovskda çıxan "Savalan" qəzetinin baş redaktoru Nadir Zeynalzadə danışdı.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG