Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:27

İsa Qəmbər ABŞ bazalarının Azərbaycanda yerləşdirilməsi ideyasını dəstəkləyir


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ideyasını dəstəkləyir. O, bunu «Washington times» qəzetində dərc olunan məktubunda bildirib.



Polşa səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında cənab Qəmbər bildirdi ki, bazaları yerləşdirməklə Azərbaycanın təhlükəsizlik problemlərinin də xeyli dərəcədə həllinə nail olmaq olar.



Polşada «Solidarnost» hərəkatının 25 illiyinə həsr olunan tədbirdən yarımçıq geri dönsələr də, həm İsa Qəmbər, həm də AXCP sədri Əli Kərimli bildirir ki, onlar bu mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, Polşa prezidenti Aleksandr Kvasnevski və digər nümayəndələrlə görüşüblər.
XS
SM
MD
LG