Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:24

Senator Azərbaycanda inqilab gözləmir<p align=`left`><br><br>


Səs: Real audio
Riçard Luqar: «Azərbaycan güclü demokratiya qurmaq yolundadır» Seçki azad və ədalətli ola bilər. Bunu Bakıda keçirdikləri görüşlərin yekununa həsr olunmuş mətbuat konfransında senator Riçard Luqar bildirdi: «Azərbaycanın həm sıravi vətəndaşları, həm də rəsmiləri bunu istəyirlər». Onun fikrincə, prezident İlham Əliyevin mayın 11-də seçki praktikasının təkmilləşdirilməsinə dair verdiyi sərəncam, ekzit-pol keçirmək planı, xarici müşahidəçilərin prosesi izləyəcəyi bu seçkinin şəffaf keçiriləcəyinə təminat verir.



R.Luqar Mərkəzi Seçki Komissiyasının (MSK) seçkiyə hazırlıq işinin ona yaxşı təsir etdiyini bildirdi. Senator bildirir ki, müxalifət partiyalarının rəhbərləri ona qeydiyyat prosesinin əvvəlki seçkilərə nisbətən daha yaxşı təşkil olunduğunu deyiblər.



Cənab Luqar Azərbaycanda inqilab gözləmədiyini də deyir. Senatorun fikrincə, Azərbaycan güclü demokratiya qurmaq yolundadır.



O, deyir ki, MSK sədri Məzahir Pənahovla görüşdə siyasi mühacirlərin seçkidə mümkün iştirakını müzakirə ediblər. MSK rəhbəri onlara «bu, kompleks məsələdir və öz həllini tapmalıdır»- deyib.



Senator 907-ci düzəlişin ləğvinin yaxın perspektivdə gözlənilmədiyini, dəniz sərhədlərini möhkəmləndirmək üçün ABŞ-ın Azərbaycana yardım göstərəcəyini bildirdi.



Prezident İlham Əliyev və müxalifət rəhbərləri ilə görüşlərdə Dağlıq Qarabağ problemi də müzakirə olunub.



ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı senator Riçard Luqar və İllinoys ştatından demokrat senator Barak Obama avqustun 30-da Bakıya gəlib. Səfər sentyabrın 1-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG