Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:27

Bazarda çox satılan spirtli içki markaları saxtalaşdırılır


Səs: Real audio
Onun müxalifət partiyalarının rəhbərləri ilə də görüşəcəyi gözlənilir Prezident öz fərmanı ilə hökumətə tapşırıq verib ki, keyfiyyətsiz spirtli içkilərin və siqaretin qarşısını alsın. Bu malların keyfiyyətli xammaldan istehsalını təmin etsin.



"Bir ay bundan qabaq qonaq gedəndə bir araq aldım. İnanın ki, iki nəfərə biz o araqdan 100 qram içə bilmədik. Çünki dadı zəhər kimi idi. Üstündə "şampan zavod" yazılmışdı. Satan dükana yaxınlaşdıq, orda da dedilər ki, vallah, mən özüm istehsal etmirəm ki. Gətirirlər, mən də ordan-burdan alıram".



Spirtli içki bazarında şikayətçi olan Ələkbər Ağasıyev belə deyir.



Qeyd etmək lazımdır ki, həmsöhbətimiz olan sıravi sakinlər arasında Ələkbər Ağasıyevin dediklərinin əksini söyləyənlər də var. Vüqar İsmayılov kimi: "Mən ümumiyyətlə, Azərbaycanda olan içkilərdən çox razıyam".



Ötən həftə isə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bu mövzuda yerli KİV-ə açıqlama vermişdi. O deyirdi ki, Azərbaycanda satışda olan spirtli içkilərin 50 faizə qədəri insan həyatı üçün təhlükəlidir.



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovsa deyir ki, Azərbaycanın spirtli içki bazarının 30 faizindən çoxu saxta içki istehsalçılarına məxsusdur.



Onun fikrincə, dövlətin istehlakçı siyasəti olmadığına görə bunun aradan qaldırılması da problem olaraq qalır.



Azad İstehlakçılar Birliyinə belə problemlərlə bağlı istehlakçılar tərəfindən dəfələrlə müraciətlər olunduğunu söyləyən cənab Hüseynov onu da əlavə edir ki, şikayətçilər prokurorluq və məhkəmələrə də üz tutublar, amma bir faydası olmayıb. Müsahibimiz bildirir ki, əsasən çox satılan spirtli içki markaları saxtalaşdırılır.



Eyyub Hüseynov hesab edir ki, prezidentin fərmanı özlüyündə normal hal hesab edilə bilər. Amma bu, vəziyyəti müsbət istiqamətdə dəyişdirməyəcək.



İndiki prezident İlham Əliyevin seçkiöncəsi iqtisadi platformasının müəllifi olmuş, iqtisadçı Azər Əmiraslanov da düşünür ki, bir fərmanla məsələ həllini tapmayacaq. Amma onun fikrincə, bu, dövlətin istehlakçı siyasəti olmamasıyla bağlı deyil.



İqtisadçı hesab edir ki, prezident bu fərmanla təkcə iş görülməsini tələb etmir. O, həm də bu fərmana qədər görülməsi mümkün olan işlərə mane olanları bir növ yoldan çəkilməyə çağırır.



Azər Əmiraslanov onu da xatırlatdı ki, prezident bu qəbil fərmanları məcburiyyət qarşısınqda imzalamalı olur. Çünki, son vaxtlar əksər sahələrdə vəziyyətin tənzimlənməsi birbaşa prezidentin müdaxiləsindən sonra baş tutur.
XS
SM
MD
LG