Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:07

ATƏT seçkidə mürəkkəbdən istifadə olunmasına çağırır


Səs: Real audio
Dimitri Rupel Kazan görüşünun nəticələri barədə məlumat almaq üçün Bakı və Yerevana səfər edəcək ATƏT-in hazırkı sədri, Sloveniyanın xarici işlər naziri Dimitri Rupel Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünun nəticələri barədə məlumat almaq üçün sentyabrın 6-da Bakıya, ordan isə Yerevana səfər edəcək. Səfər zamanı o, prezidentlər İlham Əliyev və Robert Koçaryanla görüşəcək. Bakıdakı rəsmilərlə görüşlərdə cənab Rupel qarşıdan gələn parlament seçkisilə bağlı məsələləri də müzakirə edəcək.



Bu barədə «Azadlıq» radiosuna ATƏT sədrinin ofisindən məlumat veriblər.



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnarsdottir isə bildirir ki, qurum əvvəlki seçkilərdən sonra Azərbaycan hökumətinə verdiyi tövsiyələrin icra olunacağına ümid bəsləyir. «ATƏT bu prosesi diqqətlə izləyəcək» - deyə cənab Gunnarsdottir bildirir.



O, bir daha hökuməti seçicilərin barmaqlarının xüsusi mürəkkəblə işarələnməsi ilə bağlı tövsiyəni qəbul etməyə çağırır.



Urdur Gunnarsdottir bildirir ki, bir çox ölkələrdə mürəkkəbdən istifadə olunub. Yeganə səbəb də ictimaiyyətin seçki prosesinə inamını artırmaq və təkrar səsvermənin qarşısını almaqdır.
XS
SM
MD
LG