Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:45

ATƏT- in müşahidə missiyasının rəhbəri Bakıya gəlir


Səs: Real audio
Ülvi Axundlu: «Bu dəfə daha çox siyasi qurumun tədbirə qatılacağı gözlənilir» ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkisini müşahidə edəcək missiyasının rəhbəri Gert Arens, onun müavini Gerald Yapson sentyabrın 1-də Bakıya gələcək. Büronun Qafqaz və Orta Asiya üzrə seçki mütəxəssisi Conatan Stounstrit də onları müşayiət edir.



ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvi Axundlu deyir ki, missiya öz işinə sentyabrın 5-dən başlayacaq.



Bu üçlük iyunun əvvəllərində ATƏT-in Tələbatları Qiymətləndirmə Missiyasının tərkibində Azərbaycanda olaraq seçki öncəsi vəziyyəti öyrənib.



ATƏT-in iki eksperti Berit Lindeman və Rumen Maleyev isə namizədlərin qeydə alınmasının monitorinqini aparırlar. Sentyabrın 7-də proses başa çatdıqdan sonra hesabat Gert Arensə təqdim ediləcək.



Cənab Arens Ukraynadakı son prezident seçkisinin monitorinqini aparmış missiyaya da rəhbərlik edib.
XS
SM
MD
LG