Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

ATƏT partiyalararası dialoq keçirəcək


Səs: Real audio
Ülvi Axundlu: «Bu dəfə daha çox siyasi qurumun tədbirə qatılacağı gözlənilir» ATƏT-in Bakı Ofisi sentyabrın 12-də iqtidar və müxalifət partiyaları üçün seminar-dialoq keçirəcək. Ofisin əməkdaşı Ülvi Axundlu belə deyir.



Onun sözlərinə görə, dialoqun mövzusu sərbəst toplaşmaq hüququ ilə bağlı ATƏT prinsipləri və onlara Azərbaycanda nə dərəcədə riayət edilməsi olacaq. Seminarda iştirak edəcək partiyaların tam tərkibi hələlik bəlli deyil. Ancaq Ülvi Axundlu deyir ki, ötən görüşdən fərqli olaraq, bu dəfə daha çox siyasi qurumun tədbirə qatılacağı gözlənilir. «Artıq əməkdaşımız İnqrid Qossinger partiya rəhbərləri ilə görüşərək onları tədbirə dəvət edir» - deyə cənab Axundlu bildirir.



Bu ilin mayında ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə səkkiz iqtidar vəmüxalifət partiyasının görüş-seminarı keçirilib. Həmin vaxt tədbirin yekunu olaraq tərəflər arasında «Davranış Kodeksi» adlı sənəd imzalanıb. Bundan sonra da tərəflər öz təşəbbüsləri ilə bir neçə dəfə görüşsələr də sonradan qarşılıqlı ittihamlarla görüşlər dayandırılıb.
XS
SM
MD
LG