Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:47

«Neftin pullarını hara xərcləməliyik?»


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir «525-ci qəzet»dəki «ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi» başlıqlı məqalədə Gündüz yazır ki, bu haqda Dövlət Departamentinin bəyanatında bildirilir. Məqalədə yada salınır ki, bir neçə gün əvvəl dövlət katibi Kandaliza Rays Ermənistan və Azərbaycan prezidentləri ilə telefon danışığı aparıb. Danışıqlarda Kazan görüşündən bəhs olunduğu bildirilsə də, hər halda yerli ekspertlər bu jestlə ABŞ-ın Kazan görüşündə maraqlarının nəzərə alınmasının vacibliyinə işarə ediblər. Görünür, görüş və sammit çərçivəsində müzakirə olunan məsələlər ABŞ-ı qane etdiyi üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.



«Ayna» qəzetindəki «Neft pullarını hara xərcləməliyik?»

başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, son günlər dünya bazarlarında bir barrel neftin qiyməti 70 dolları keçib. Ekspertlərin proqnozlarına görə, bu hələ son hədd deyil və ilin sonuna kimi qiymət 100 dollara çatacaq. Məqalədə bildirilir ki, bir müddət əvvəl Neft Fondu (NF) 2006-cı ildə əldə edəcəyi gəlirlərə dair proqnozunu açıqlamışdı. Həmin proqnoza görə, növbəti ildə fonda əlavə olaraq 1 milyard dollar daxil olacaq. Müəllif yazır ki, bu ilin iyun ayında NF-nin xərcləri 1,57 trilyon manat təşkil edib. Məqalədə bildirilir ki, həmin vəsaitin 220 milyard manatı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.



«Bakı-Xəbər» qəzetindəki «Rəsul Quliyevə dörd istiqamətdə dəyişən münasibət» başlıqlı məqalədə Nicat Dağlar yazır ki ADP sədrinin Azərbaycana dönüşü ölkədəki mövcud ictimai-siyasi vəziyyətdən doğan bir zərurətdir. Məqalədə bildirilir ki, bu gerçəklik demək olar ki, bütün siyasi qüvvələr tərəfindən qəbul olunur. Müəllif yazır ki, indi Rəsul Quliyevə dörd istiqamətdə olan münasibət əvvəlkindən fərqli formada dəyişib. Bunlardan birincisi, beynəlxalq dairələrin eks-spikerin ölkəyə qayıtmasına hakimiyyətin şərait yaratmasında israr etmələridir.
XS
SM
MD
LG