Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23

“Yeni qalereya” açılır


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Bakı İncəsənət Mərkəzində “Yeni qalereya”nın açılışı olacaq.



Qalereyanın rəhbəri Rafael Gülməmmədli burada beynəlxalq sərgilərin, mədəniyyət üzrə layihələrin, yerli və xarici rəssamların fərdi sərgilərinin təşkil olunacağını deyir. Oktyabrda açılacaq “Yeni qalereya” barədə daha ətraflı məlumatı Rafael Gülməmmədlinin özündən eşidək.



- Açılacaq qalereya bir növ Bakı İncəsənət Mərkəzinin davamı kimi qəbul olunmalıdır. Qalereyanın rəsmi açılışını oktyabrın axırlarına planlaşdırmışıq. Adı “Yeni qalereya” olacaq. Rəsmi açılışı konseptual sərgi ilə açmaq istəyirik.



- Sərgi hansı mövzuda olacaq?



- Sərgini kiçik bir sürpriz şəklində təqdim etmək istəyirik. Ona görə ideyanı tam şəkildə açıb deyə bilmərəm. Amma onu deyim ki, həm Azərbaycanın görkəmli klassik rəssamlarının, həm də müasir rəssamların əsərlərindən ibarət bir sərgi planlaşdırırıq. Çalışacağıq ki, maraqlı sərgi olsun.



- Rafael müəllim, bəs fəaliyyətdə olduğu müddətdə qalereya hansı mövzuda olan sərgilərə üstünlük verəcək?



- Qalereyanın məqsədi sənət əsərlərini təqdim etməkdir. Təqdim edəcəklərimizin sırasında rəngkarlıq, foto sənəti, heykəltaraşlıq, müasir sənət nümunələri, konseptual sərgilər, performanslar ola bilər. Yəni, sərginin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Ən əsası sənətkarlıq baxımından maraqlı olmalıdır.



- Qalereyanın açılış mərasimində iştirak etmək yalnız dəvətlilərə nəsib olacaq, yoxsa vətəndaşlar da iştirak edə bilərlər?



- Ümumiyyətlə, bizim bütün tədbirlərimiz Azərbaycan vətəndaşları üçündür. "Açıq qapı" olacaq. Adətən birinci gün dəvətlə olur, sonrakı günlər açıq olur. İstənilən kəs gəlib sərgiyə tamaşa edə bilər.



- Keçiriləcək hər bir sərgiyə tamaşa etmək istəyən vətəndaşlardan hər hansı bir ödəniş tələb olunacaqmı?



- Heç bir ödəniş tələb olunmur. Sərgilərə gəlib baxmaq ödənişsizdir. Təki gəlib baxsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG