Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:21

Əcnəbi tələbələr artır


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Yeni tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayının 4 minə çatacağı gözlənilir.



Bu barədə məlumat verən Təhsil Nazirliyinin şöbə müdiri Qulu Novruzov ikitərəfli müqavilələrin olduğu Türkiyə, Çin və Rusiya nazirliklərinin xətti ilə bu il də tələbə qəbulunun həyata keçirildiyini bildirib.



Onun sözlərinə görə, əcnəbi tələbələr arasında Türkiyə Respublikasından olanlar çoxluq təşkil edir. Onların əksəriyyəti isə qeyri-dövlət xətti ilə Azərbaycan ali məktəblərində təhsil alırlar.



- Qeyri-dövlət xətti ilə təhsil alan tələbələr çoxluq təşkil edir. Bizdə təhsil alan 3500 əcnəbi tələbədən ən azı 2500-ü Türkiyə Respublikasının vətəndaşlarıdır. Çin Xalq Respublikasından 13 nəfər dövlət xətti ilə bizim müxtəlif universitetlərimizdə təhsil alırlar.



900 nəfərə yaxın azərbaycanlı tələbə isə xarici ölkələrdə, daha çox Türkiyə, Rusiya, Misir və Çində dövlət xətti ilə təhsil alırlar. Yeni tədris ilində bu ölkələrin ali məktəblərinə qəbul imtahanları artıq keçirilib. Və təklif olunan bütün yerlərə qəbul planı dolub. Ümumilikdə isə 3000-dən artıq azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər.
XS
SM
MD
LG