Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

"Parlament seçkiləri zamanı Naxçıvana diqqət artırılacaq"


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Bu sözlərlə muxtar respublikada səfərdə olan ATƏT-in seçki üzrə ekspertləri Berit LindemanRumen Maleyev çıxış ediblər.



Ekspertlər Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında seçki prosesinin gedişi ilə maraqlanmaqla yanaşı, bölgədə fəaliyyət göstərən QHT-lər, eləcə də siyasi partiya rəhbərləriylə də görüşlər keçiriblər. Onlar əsasən namizədlərin imzatoplama və qeydə alınması sahəsində olan problemlərlə maraqlanıblar.



"Azadlıq" blokuna daxil olan partiya rəhbərləri ilə görüşən ekspertlərin nəzərinə çatdırılıb ki, muxtar respublikada seçkiyə əsasən polis və icra strukturlarının nümayəndələri müdaxilə edirlər.



Azərbaycan Demokrat partiyası Naxçıvan şəhər təşkilatının rəhbəri Yasin Rüstəmov belə deyir. Onun sözlərinə görə, ATƏT nümayəndələrinə faktlar və şəkillər də təqdim edilib.



Yasin Rüstəmov onu da dedi ki, ekspertlər əldə etdikləri məlumatlar əsasında seçkinin keçmiş mərhələsinə dair hesabat hazırlayacaqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG