Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Terri Devis: "Azərbaycan demokratiya imtahanı qarşısındadır"


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Avropa Şurasının baş katibi Terri Devisin fikrincə, Azərbaycanda sərbəst toplaşma və fikir azadlığı ilə bağlı bir sıra ciddi çatışmazlıqlar mövcuddur. Avropa Şurasının Bakı Ofisinin yaydığı müsahibədə belə deyilir.



İqtidar və müxalifət arasında səmimi və konstruktiv dialoqun aparılmasının vacibliyini vurğulayan cənab Devis əlavə edib ki, münasibətlərin normallaşması və ölkənin siyasi həyatına aydınlıq gəlməsi üçün hər iki tərəfdən siyasi iradə tələb olunur.



"Parlament seçkilərində saxtakarlıqların təkrarlanacağı təqdirdə Avropa Şurasının mövqeyi necə olacaq" sualının cavabında Avropa Şurasının baş katibi bunu indidən cavablamaq fikrində olmadığını deyib. Amma əlavə edib ki, Azərbaycan demokratiya imtahanını vermək gücündə olduğunu göstərmək üçün fürsətə malikdir:



"Avropa Şurasının Parlament Assambleyası seçkilərə özünün müşahidəçilər missiyasını göndərəcək. Çox şey həmin müşahidəçilərin seçkilərin kecirilməsinə dair qərara gəldiyi nəticədən asılı olacaq və mən öncədən heç bir qərar vermək niyyətində deyiləm. Mənim dediyim odur ki, seçkilər tam qanuna uyğun kecirilsin. Azərbaycan demokratiya imtahanını verə biləcəyəni göstərmək üçün fürsətə malikdir və keçid dövrünü yaşayan digər ölkələr üçün nümunə ola bilər!".
XS
SM
MD
LG