Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54
Rubrikalar

Gələn il 1 dollar 4700 manat proqnozlaşdırılır


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir - Neftin qiyməti 70 dollardan aşağı düşdü.



ABŞ-ın əsas neft emalı zavodlarının yerləşdiyi Meksika Körfəzində son günlər tüğyan edən "Katrin" qasırğasının gücünü itirməsi barədə məlumatdan sonra 1 barrel xam neftin qiyməti 68 dollara düşüb.



ABŞ tarixində ən böyük qasırğa hesab olunan "Katrin"in neft emalı sənayesinə vurduğu zərər nəticəsində neftin qiyməti bu bazar ertəsi maksimuma – 70 dollar 80 sentə çatmışdı.



- Yeni yaradılan İnvestisiyaların Təşviqi və İxracata Yardım Fondu sahibkarlar üçün ticarət və ixrac imkanlarını araşdırıb hökümətə təqdim edəcək. Qurum “Made in Azerbaijan” ticarət markasının bütün dünyada təbliği ilə məşğul olacaq. Fondun normal işləməsi üçün Avropa Birliyi 1 milyon avroluq yardım ayırıb. İlin sonunadək bu vəsait hesabına avadanlıq alınacaq, Fondun əməkdaşları və sahibkarlar üçün treninqlər təşkil olunacaq.



- Gələn il 1 dolların 4700 manat ətrafında olacağı gözlənilir. İqtisadi inkişaf naziri Fərhad Əliyev bu fikirdədir.



Onun sözlərinə görə, hazırda nazirilikdə gələn il üçün proqnoz göstəriciləri işlənməkdədir. Amma milli valyutanın gələcək məzənnəsi hələ müəyyənləşməyib. Bunu Milli Bankdan göstəriciləri aldıqdan sonra etmək mümkün olacaq. 2006-cı ilin proqnozları dəqiqləşdirildikdən sonra sentyabrın 15-də Nazirlər Kabinetinə göndərilməlidir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 629, 1 rubl 162, 1 avro isə 5 651 manatdır.
XS
SM
MD
LG