Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Bir seçici adına üç vəsiqə: texniki səhv, yoxsa düşünülmüş addım?


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Azərbaycan hakimiyyəti barmağı mürəkkəbə batırmağa razı olmur ki, seçici vəsiqəsi kifayət edir. Ancaq indidən – seçkilərə 2 ay qalmış adına 3 seçici vəsiqəsi gələnlər var.



Mərkəzi Seçki Komissiyası [MSK] bir nəfərə bir neçə seçici vəsiqəsi verilməsi, eyni ünvanın müxtəlif məntəqələrdə göstərilməsi hallarının mətbuatda şişirdildiyini deyir, bəzi namizədlərsə bu yolla seçkinin indidən saxtalaşdırıldığını iddia edir.



"Azadlıq" blokundan namizəd Xaləddin İbrahimli 27 saylı Sabunçu ikinci seçki dairəsində bir ünvanın iki məntəqədə göstərildiyini deyir. Yəni, bu o deməkdir ki, bir ünvana iki məntəqədən seçici vəsiqəsi gələcək.



Xaləddin İbrahimli bununla bağlı MSK-ya müraciət etdiyini və problemin araşdırılacağına söz verildiyini bildirir. O, seçkiyə təsir edəcək amillərdən danışarkən əhalinin bir hissəsinin yaşadığı yerdə qeydiyyatda olmadığını deyir.



Demokratik Seçkilərə Yardım Mərkəzi seçkinin birinci mərhələsinin – namizədlərin imzatoplama və qeydiyyatı mərhələsinin monitorinqini aparıb.



Mərkəzin rəhbəri Əli Quliyevin dediyinə görə, bütün problemlərin – bir nəfərə bir neçə seçici vəsiqəsinin gəlməsi, bir ünvanın bir neçə məntəqədə göstərilməsinin kökündə seçici siyahılarının qeyri-dəqiqliyi dayanır.



MSK-nın mətbuat katibi Azər Sarıyev isə bir seçiciyə bir neçə vəsiqənin verilməsi ilə bağlı onlarda yalnız iki fakt olduğunu deyir. Bir ünvanın bir neçə məntəqədə göstərilməsinə gəlincə, Azər Sarıyev bunu texniki qüsur adlandırır.



Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Əli Quliyev apardıqları monitorinqin aşkarladığı faktların seçkinin nəticəsinə təsir edəcək qədər böyük olduğunu deyir.



Hakim YAP-dan Səyyad Aran isə yuxarıda deyilənləri təsadüfi hallar sayır və seçkinin nəticəsinə təsir edə bilməyəcəyini deyir.



Onun sözlərinə görə, hər bir dairənin öz favoriti olacaq ki, o, da səs üstünlüyü ilə qalib gələcək. Yəni, bir-iki səsin deputat mandatı uğrunda mübarizə aparanların taleyində elə bir əhəmiyyəti olmayacaq.



Sentyabrın 1-dən Müsavat, AXCP və ADP-ni birləşdirən "Azadlıq" seçki bloku "Mənim adım hanı?" kampaniyasına başlayır. Blok seçiciləri öz məntəqəsinə gedib adını seçici siyahılarında axtarmağa çağırır.



MSK da bir müddət əvvəl seçicilərə eyni müraciətlə çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG