Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

«Yeni Fikir» aclıq elan edir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir «Yeni Fikir» Gənclər Təşkilatı avqustun 31-dən müddətsiz aclıq aksiyasına başlayacaq.



Təşkilatın sədr müavini Səid Nuriyevin verdiyi məlumata görə, ilk olaraq aksiyaya 5 nəfər qoşulacaq, sonrakı günlərdə onların sayı artacaq. Aclıq edənlərin tələbləri təşkilatın sədri Ruslan Bəşirlinin azadlığa buraxılması və hərəkat üzvlərinə qarşı təzyiqlərə son qoyulması olacaq.



Səid Nuriyev: «Aclıq aksiyası yeganə aksiya olmayacaq. Bundan sonra başqa tədbirlərimiz də olacaq. Təzyiqlərə son qoyulmasa, dinc tədbirlərə əl atacağıq, bu hökumətə qarşı itaətsizlik kampaniyasına başlayacağıq. İtaətsizlik kampaniyası deyəndə piket də, mitinq də, divarların kütləvi yazılması da ola bilər. Əgər aksiyaya reaksiya olmasa, biz sonrakı aksiyanı küçədə, çadırda davam etdirəcəyik. Məqsədimiz Azərbaycanda demokratik cəmiyyətin qurulması, parlament seçkilərinin demokratik keçirilməsidir».



Səid Nuriyev Gürcüstan vətəndaşı, adı Ruslan Bəşirli ilə əməkdaşlıqda hallanan Merabi Cibutianın sərhəddə saxlanılmasına da toxundu. Onun cibindən özünün və Ruslan Bəşirlinin telefon nömrəsinin çıxmasını hökumətin növbəti quraması adlandırdı.



«Yeni Fikir» hərəkatı üzvlərinə qarşı təzyiqlərin olması haqqındasa bu təşkilatın başqa bir üzvü Xətai Qasımov danışdı. Onun sözlərinə görə, təşkilat üzvləri izlənirlər, onlara hədə-qorxu zəngləri edilir.



«Yeni Fikir» Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirli avqustun 3-də həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Rəsmi təbliğat vasitələrində Ruslan Bəşirli Ermənistanın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda da günahlandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG