Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:58

Baş prokuror məhkəməyə verildi<p align=`left`><br><br>


Səs: Real audio
Zakir Qaralovun cəzalandırılması tələb edilir Avqustun 29-da ADP-nin sədr müavini Sərdar Cəlaloğlu partiyanın sədri, eks-spiker Rəsul Quliyevin toxunulmazlıq hüququnun Baş Prokurorluq tərəfindən ləğv edilməsi ilə bağlı prezident İlham Əliyevə məktub göndərib. Məktubda bu addım Baş prokurorun səlahiyyət həddini aşması kimi qiymətləndirilir. Eyni zamanda bunun ölkə başçısının seçki təcrübəsinin təkmilləşdirilməsilə bağlı sərəncamına, Konstitusiya və Seçki Məcəlləsinə, beynəlxalq hüquq normalarına zidd olduğu deyilir. Cənab Cəlaloğlu prezidentdən Zakir Qaralovun cəzalandırılmasını xahiş edir.



Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» blokunun bəyanatında da baş verənlər parlament seçkisinə kobud müdaxilə kimi dəyərləndirilir və Baş prokurorun əməlinə hüquqi qiymət verilməsi tələb edilir.



Blokun hüquqşünasları isə Baş prokurorun səlahiyyət həddini aşdığını əsas gətirərək onu məhkəməyə veriblər. Həmçinin «Azadlıq»ın hüquq departamentinin müdiri, vəkil Osman Kazımov Baş Prokurorluğun qərarından şikayət verməyə hazırlaşır. Vəkilin fikrincə, namizədliyi qeydə alınandan dərhal sonra eks-spikerin toxunlmazlıq hüququnun ləğv edilməsi qanunsuzdur. Onun sözlərinə görə, deputatlığa namizəd yalnız cinayət başında yaxalandıqda toxunulmazlıq hüququ ləğv oluna bilər.



Rəsul Quliyevin Seçki Qərargahı isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. MSK katibi Natiq Məmmədov deyir ki, hələlik nə Baş Prokurorluğun qərarı, nə də Seçki Qərargahının müraciəti onlara təqdim olunmayıb.



Avqustun 27-də ADP sədri, eks-spiker Rəsul Quliyevin 36 saylı Xətai dördüncü seçki dairəsində namizədliyi qeydə alınıb. Elə həmin gün Baş Prokurorluğun qərarı ilə o toxunulmazlıq hüququndan məhrum olunub. Cənab Quliyev külli miqdarda dövlət əmlakını talamaqda, vəzifə səlahiyyətlərini aşmaqda və vəzifə saxtakarlığına yol verməkdə ittiham olunur.



Prokurorluq Daxili İşlər Nazirliyinə Rəsul Quliyevin həbsilə bağlı məhkəmənin beş il əvvəl verdiyi hökmün icra edilməsini tapşırıb.
XS
SM
MD
LG