Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

Kazan danışıqları – prezidentlərin nə danışdıqları bilinmir


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» İndiyəcən hökumət nümayəndələrindən ancaq xarici işlər naziri Elmar Məmmədyarovun prezidentlərin Kazan görüşü ilə bağlı şərhi olub. O deyib ki, danışıqlarda ciddi irəliləyişin olduğunu söyləmək mümkün deyil, amma eyni zamanda görüşün nəticəsiz bitdiyini də demək olmaz.



Nazirin sözlərinə görə, prezidentlər danışıqlarda bəzi məsələləri dəqiqləşdiriblər, bəzi məsələlərdə isə razılığa gələ bilməyiblər. Və qərara alınıb ki, danışıqlar davam etdirilsin.



Elmar Məmmədyarov onu da deyib ki, prezidentlərin Varşava görüşündən sonra yaranan ümidlər Kazan görüşündən sonra daha da artıb. Çünki görüşdə yeni fikirlər səslənib və indi tərəflərin həmin fikirləri və ümumiyyətlə, yaranmış vəziyyəti təhlil etməsi üçün 1-2 həftə vaxt lazımdır. Amma nazir yeni təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.



Bəzi ekspertlər isə bu fikirdədirlər ki, Azərbaycan tərəfinin Kazan görüşü ilə bağlı, necə deyərlər, xəsis açıqlamaları danışıqların çox çətin bir mərhələyə daxil olması ilə bağlıdır.



Politoloq Rasim Musabəyov bildirir ki, əgər indiyəcən söhbət münaqişənin nizamlanmasının ümumi prinsipləri haqqında gedirdisə, hazırda danışıqların predmeti konkretləşib və hər bir detal haqqında ayrıca qərar vermək tələb olunur. Bu isə onun fikrincə, çox çətin bir prosesdir və hər iki tərəfdən güzəştlər tələb edir.



Rasim Musabəyov ehtimal edir ki, Elmar Məmmədyarovun «yeni ideyaların təhlili üçün 2 həftə vaxt lazımdır» deməsi də bunun göstəricisidir. Politoloq güman edir ki, görüşdə Dağlıq Qarabağın statusu ilə bağlı mümkün referendumun forması və Ağdam-Xankəndi-Laçın-Naxçıvan yolunun mümkün açılışı müzakirə edilə bilərdi.



Rasim Musabəyov danışıqların Azərbaycan tərəfini qane edən məcrada getməsinə şübhə edir. O, bunu görüşdən sonra Ermənistan rəsmilərinin nikbin açıqlamaları ilə əsaslandırır.



Rusiyanın «Reqnum» agentliyinin məlumatına görə, Robert Koçaryanın mətbuat katibi Viktor Soqomonyan erməni tərəfinin ümumilikdə Kazan görüşündən razı qaldığını deyib.



Amma ekspertlərdən belə fikir söyləyən də var ki, danışıqların indiki mərhələsi nə Ermənistan, nə də Azərbaycan üçün ümidvericidir, çünki danışıqlarda elə bir ciddi irəliləyiş yoxdur.



«Gün-səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu güman edir ki, hətta Kazan görüşü ərəfəsində ABŞ-ın dövlət katibi Kondoliza Raysın prezidentlər – İlham Əliyev və Robert Koçaryana zəng etməsi danışıqların həlledici mərhələyə daxil olmasından xəbər vermir.



Elxan Şahinoğlu hesab edir ki, sadəcə, hakimiyyət danışıqların Azərbaycana sərf edən məcrada davam etdiyini bildirməklə parlament seçkiləri ərəfəsində özünə siyasi xal toplamağa çalışır.



Amma hakimiyyət nümayəndələri Qarabağ danışıqlarının parlament seçkiləriylə əlaqələndirilməsini düzgün saymırlar.



Yeni Azərbaycan partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı deyir ki, danışıqlar normal məcrada davam edir, amma seçki ərəfəsində bəzi qüvvələr Qarabağ kartından hakimiyyətə qarşı istifadəyə cəhd edirlər: «Kazan görüşü ərəfəsində də belə fikirlər səslənirdi ki, orada saziş imzalanacaq, Qarabağ əldən gedəcək. Bu cür əsassız fikirlər on ildir səslənir».



Politoloq Rasim Musabəyov isə hesab edir ki, hətta indi danışıqlar çətin bir mərhələyə daxil olsa da, seçkilər ərəfəsində Azərbaycan tərəfinin hansısa prinsipial məsələylə bağlı qərar verəcəyi inandırıcı görünmür. Onun fikrincə, indi istənilən razılaşma ciddi güzəştlər tələb edir və hakimi
XS
SM
MD
LG