Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 07:01
Rubrikalar

Neftin qiymətində yeni rekord – 1 barrel 70 dollar


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» - Neftin qiymətində yeni rekord müəyyən edilib. Artıq ABŞ və Asiya bazarlarında bir barrelin qiyməti 70 dollara çatıb.



Qiymətin belə sürətlə artmasına səbəb Meksika Körfəzində tüğyan edən tufanın oradakı neft istehsalını iflic vəziyyətə salmasıdır. Yayılan məlumatlara görə, orada neft hasilatının gücü 40 faiz aşağı düşüb.



Dünyada neftin qiymətinin sürətlə artımı Azərbaycan neftinin bir barrelinin 67.5 dollara çatmasına səbəb olub.



- İqtisadi İnkişaf Nazirliyi nəzdində İnvestisiyaların Təşviqi Fondu bundan sonra yalnız investisiyaların deyil, eyni zamanda ixracatın da təşviqi ilə məşğul olacaq. Artıq bu qurum İnvestisiyaların Təşviqi və İxracata Yardım Fondu adlanır.



Fondun rəhbəri Emin Məcidovun sözlərinə görə, fond ixracatçıların xarici ölkələrdə keçirilən seminar, forum və sərgilərdə iştirakına yardımçı olacaq, başqa ölkələrin bazarları, qanunları barədə məlumatlar öyrənilib onlara çatdırılacaq. Biznesmenlər və beynəlxalq donorlarla birgə yerli biznesin gücləndirilməsinə dair layihələr həyata keçiriləcək ki, bu da ixracat qabiliyyətliliyini artırmağa xidmət edəcək.



Emin Məcidov deyir ki, tezliklə fondun İxracat Məlumat Mərkəzi yaradılacaq. Sahibkarlar maraqlandıqları məsələlərlə bağlı həmin mərkəzə müraciət edəcəklər.



- Avqustun 29-da tanınmamış Şimali Kipr Türk Respublikasından Bakıya 81 nəfərlik nümayəndə heyəti gəlib.



Şimali Kiprin keçmiş prezidenti Rauf Denktaş və onun oğlu, xarici işlər naziri Sərdar Denktaşın da daxil olduğu nümayəndə heyətinin böyük bir hissəsi iş adamlarından ibarətdir.



Azərbaycan – Türk İş Adamları Birliyindən verilən məlumata görə, avqustun 30-da Bakıda Azərbaycan və Şimali Kiprin iş adamlarının biznes forumu keçiriləcək. Forumda hər iki tərəfin iş potensialı və işgüzar əlaqələr barədə fikir mübadiləsi aparılacaq. Bundan əlavə, firmalar arasında təkbətək görüşlər də olacaq.



- Avqustun 29-na olan məlumata görə, Milli Bankda 1 dollar 4 631, 1 avro 5 706, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG