Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:37

Tanınmamış Şimali Kiprin keçmiş prezidenti və oğlu Bakıdadır


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» Avqustun 29-da tanınmamış Şimali Kipr Türk Cumhuriyyətindən (ŞKTC) Azərbaycana 81 nəfərlik nümayəndə heyəti gəlib. Nümayəndə heyətinə ŞKTC-nin keçmiş prezidenti Rauf Denktaş və onun oğlu Xarici İşlər naziri Sərdar Denktaş rəhbərlik edir.



Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) icraçı katibi Nurdan Kambərin sözlərinə görə, səfər Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə reallaşıb.



Nümayəndə heyəti avqustun 30-da keçiriləcək Azərbaycan-Şimali Kipr iqtisadi forumuna qatılacaq.



ŞKTC təmsilçilərinin prezident İlham Əliyevlə görüşü nəzərdə tutulmur.



Nümayəndə heyəti avqustun 31-də Şimali Kiprə dönəcək.



İyulun 27-30-da ATİB-in təşəbbüsü ilə 90 nəfərdən ibarət azərbaycanlı sahibkar ŞKTC-də olub. Həmin vaxt Bakıdan Lefkoşaya çarter reysi açılıb.
XS
SM
MD
LG